Açıq məlumatlar
Şikayətetmə vasitələri
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında xidmət yerində RİH tərəfindən göstərilən müvafiq xidmətin alınması üçün sənədlərini təqdim edən istifadəçiyə xidmətin nəticəsi barədə məmnun qalmadıqda şikayət etmək hüququndan istifadə edə bilərlər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il 1308-IVQ nömrəli Qanununa əsasən müraciətinə baxılan vətəndaş nəticədən narazı qaldığı təqdirdə şikayət vermək hüququ və əsasları izah olunur.
QANUNDAN ÇIXARIŞ:
Maddə 3. Əsas anlayışlar
3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası
7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri
9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.
9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.
9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri
12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər.
12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
Maddə 14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları
14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək.
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi informasiya ehtiyatı – sayt üzərindən şikayətetmə vasitələri haqqında məlumat yerləşdirilmişdir (http://binegedi-ih.gov.az/az/sikayetetme-vasiteleri.html).
- Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt - “Sakinlərin Müraciət Xidməti – 1646” (http://binegedi-ih.gov.az/az/1646.html);
- Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi informasiya ehtiyatı – sayt üzərindən elektron müraciət imkanı (http://binegedi-ih.gov.az/az/feedback.html);
- Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında xidmət yerinə yaxınlaşmaqla, yaxud RİH-in rəsmi informasiya ehtiyatı – sayt üzərindən məsul şəxslərin qəbuluna yazılmaqa şikayətini bildirmək umkanı (http://binegedi-ih.gov.az/az/qebul.html).