Rayon İdarələri
YAP Binəqədi rayon təşkilatı
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı 1993-cü il martın 6-da təsis edilmişdir və ölkənin ən fəal partiya strukturlarından biridir. Təşkilat ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği, dövlət siyasətinin rayonda uğurla həyata keçirilməsi və ictimai-siyasi sabitliyin qorunmasında mühüm rol oynayır.
Rayon daxilində müxtəlif idarə, müəssisə və təhsil, səhiyyə ocaqlarında fəaliyyət göstərən 111 ərazi partiya təşkilatı üzrə 16 mindən çox üzvü mövcuddur. Struktur olaraq 12 ştat vahidinə sahibdir.
Ünvan: Bakı şəhəri, AZ 1130, Binəqədi rayonu, Azadlıq prospekti, Heydər Əliyev adına istirahət parkı, Binəqədi şosesi 243
Telefon: (012) 561-83-50
E-mail: binaqadiyap@mail.ru

Təşkilatın sədri İsmayılov Vüsar Qəşəm oğlu 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini və Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.
1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var.
10 sentyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Partiyanın yeni Nizamnaməsinə əsasən İsmayılov Vüsar Qəşəm oğlu Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri təyin edilmişdir.
2022-ci ildə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə, ölkənin ictimai-siyasi həyatında göstərdiyi fəal iştirak və xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.









