Müslümov Səlim Yanvar oğlu - İqtisad elmləri doktoru, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
.jpg)
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.
17 yanvar 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilmişdir.
22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci il tarixə kimi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışmışdır.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 3 övladı var.