“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (çıxarış)
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri
3.1 Ümumi vəzifələr:
3.1.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2-ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələri ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirir.
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri
4.15. Qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində:
4.15.2. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toplantıların keçirilməsi ilə əlaqədar məsələlərə baxmaq.