Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi



Adı
Ərazisi
(min km2)
Əhalisi
(min nəfər)
Əhalinin sıxlığı
(1 kv. km-ə düşən əhali)
Yaşayış məntəqələrinin sayı
Məlumat
Bakı şəhəri
2,10 min km2
2351,3 min nəfər
1120 nəfər
60
Azərbaycanın paytaxtıdır. 12 inzibati rayona bölünür: Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Pirallahı. Azərbaycanın sənaye, elm və mədəniyyət mərkəzidir. İqtisadiyyatının əsasını neft və qaz sənayesi, maşınqayırma, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, tikinti, rabitə, nəqliyyat və s. təşkil edir.
Abşeron
2,11 min km2
434,0 min nəfər
206 nəfər
17
İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı, içki istehsalı, habelə kənd təsərrüfatı - heyvandarlıq, zeytunçuluq, badamçılıq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik təşkil edir. Ərazisində neft və qaz hasilatı geniş yayılmışdır.
Ağdam rayonu
1,09 min km2
175,7 min nəfər
161 nəfər
128
Yaşayış məntəqələrinin sayı:
İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı, geyim istehsalı, habelə kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir.
Ağdaş rayonu
1,02 min km2
107,6 min nəfər
106 nəfər
74
İqtisadiyyatının əsasını kənd təsərrüfatı – heyvandarlıq, taxılçılıq, meyvəçilik, çəltikçilik, qida məhsullarının istehsalı, içki istehsalı və geyim istehsalı təşkil edir. Biyan bitkisi yetişdirilir.
Ağdərə rayonu
1,66 min km2
12,1 min nəfər
7 nəfər
59
 
Ağcabədi rayonu
1,76 min km2
136,8 min nəfər
78 nəfər
46
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, qida məhsullarının istehsalı və toxuculuq sənayesi təşkil edir. Respublikanın əsas pambıqçılıq və baramaçılıq rayonlarındandır.
Ağstafa rayonu
1,50 min km2
86,7 min nəfər
58 nəfər
39
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir.
Ağsu rayonu
1,02 min km2
81,0 min nəfər
79 nəfər
80
İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Sənaye əsasən qida məhsullarının istehsalı və içki istehsalı ilə təmsil olunmuşdur. Pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdir.
Astara rayonu
0,62 min km2
112,8 min nəfər
182 nəfər
92
İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı (əsasən quru məxməri çay istehsalı), kənd təsərrüfatı (çəltik, çay, sitrus meyvələri, tərəvəz və s.) və arıçılıq məhsulları istehsalı təşkil edir.
Balakən rayonu
0,94 min km2
101,0 min nəfər
107 nəfər
59
İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.
Beyləqan rayonu
1,13 min km2
102,1 min nəfər
90 nəfər
42
İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Bərdə rayonu
0,94 min km2

101,0 min nəfər

107 nəfər

59

İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.

Biləsuvar rayonu

1,36 min km2

107,4 min nəfər

79 nəfər

26

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.

Cəbrayıl rayonu

1,04 min km2

73,5 min nəfər

71 nəfər

96

İqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edir
Cəlilabad rayonu
1,44 min km2
219,2 min nəfər
152 nəfər
121
İqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. Üzümçülük, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik də mühüm təsərrüfat sahələrindəndir.
Daşkəsən rayonu
1,05 min km2
33,4 min nəfər
32 nəfər
49
Rayonda əsasən heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğul olurlar. Filiz saflaşdırma kombinatı fəaliyyət göstərir.
Şabran rayonu
1,09 min km2
58,8 min nəfər
54 nəfər
69
İqtisadiyyatını kənd təsərrüfatı sahələri: taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Füzuli rayonu
1,38 min km2
131,5 min nəfər
95 nəfər
98
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu
1,23 min km2
101,2 min nəfər
 
82 nəfər
 
109
Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, taxılçılıq, heyvandarlıq və arıçılıq inkişaf etmişdir. Respublikanın əsas kartofçuluq rayonlarındandır.
Goranboy rayonu
1,70 min km2
102,3 min nəfər
60 nəfər
87
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən taxılçılıq, pambıqçılıq və tərəvəzçilik təşkil
Gəncə şəhəri
0,11 min km2
331,0 min nəfər
3009 nəfər
8
Əhalisinin sayına görə respublikada ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhərdir. İstehsal edilən sənaye məhsullarının ümumi həcminin çox hissəsi metallurgiya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı müəssisələrinin payına düşür.
Göyçay rayonu
0,74 min km2
119,1 min nəfər
161 nəfər
56
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik (əsasən nar, xurma, heyva) təşkil edir.
Göygöl rayonu
0,92 min km2
65,1 min nəfər
71 nəfər
45
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən heyvandarlıq, üzümçülük, bitkiçilik, tərəvəzçilik təşkil edir.
Hacıqabul rayonu
1,60 min km2
76,4 min nəfər
48 nəfər
31
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, quşçuluq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.
Xankəndi şəhəri
0,01 min km2
4,4 min nəfər
440 nəfər
2
Respublikanın inkişaf etmiş sənaye mərkəzi idi. Qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı inkişaf etmişdi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları var idi.
Xaçmaz rayonu
1,06 min km2
175,4 min nəfər
166 nəfər
151
Respublikanın əsas tərəvəzçilik, taxılçılıq, meyvəçilik və heyvandarlıq rayonlarından biridir. Quşçuluq və balıqçılıq da inkişaf etmişdir. Konserv emalı, üzüm emalı müəssisələri, kondensator zavodu və s. müəssisələr fəaliyyət göstərir.
Xızı rayonu
1,67 min km2
16,8 min nəfər
10 nəfər
29
İqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil edir.
Xocavənd rayonu
1,51 min km2
12,4 min nəfər
8 nəfər
83
İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.
Xocalı rayonu
0,93 min km2
15,6 min nəfər
17 nəfər
55
Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər zavodu, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq və tikiş fabrikləri var idi.
İmişli rayonu
1,89 min km2
132,4 min nəfər
70 nəfər
51
İqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur.
Respublikanın əsas pambıqçılıq rayonlarındandır.
İsmayıllı rayonu
2,07 min km2
87,5 min nəfər
42 nəfər
108
Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etmişdir. Ərazidə xalça fabriki, qida məhsulları, içki istehsalı, velosiped istehsalı və s. müəssisələr vardır.
Kəlbəcər rayonu
1,97 min km2
72,4 min nəfər
37 nəfər
126
İqtisadiyyatında əkinçilik və heyvandarlıq əsas yer tuturdu.
Kürdəmir rayonu
1,63 min km2
119,2 min nəfər
73 nəfər
62
İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə pambıqçılıq, taxılçılıq təşkil edir. Üzümçülük və baramaçılıq da inkişaf etmişdir.
Qax rayonu
1,49 min km2
58,3 min nəfər
39 nəfər
59
İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə tütünçülük, taxılçılıq və meyvəçilik (əsasən qoz-fındıq), habelə heyvandarlıq və baramaçılıq təşkil edir.
Qazax rayonu
0,70 min km2
96,5 min nəfər
138 nəfər
35
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq, üzümçülük, bostan tərəvəzçiliyi və heyvandarlıq təşkil edir. Qida məhsulları, içki, tikinti materialları istehsal edən müəssisələr də fəaliyyət göstərir.
Qəbələ rayonu
1,55 min km2
109,6 min nəfər
70 nəfər
64
İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq) və baramaçılıq təşkil edir. Qida məhsulları, tikinti materialları, lift və musiqi alətləri istehsal edən sənaye müəssisələri fəaliyyət göstərir.
Qobustan rayonu
1,37 min km2
47,5 min nəfər
35 nəfər
33
İqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Quba rayonu
2,61 min km2
171,3 min nəfər
66 nəfər
157
Respublika əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq, heyvandarlıq və arıçılıqdır. Sənaye müəssisələrində qida məhsulları (meyvə və tərəvəz konservləri) istehsal olunur, xalçaçılıq müəssisələri fəaliyyət göstərir.
Qubadlı rayonu
0,80 min km2
37,3 min nəfər
47 nəfər
94
İqtisadiyyatının əsasını taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq təşkil edir.
Qusar rayonu
1,50 min km2
102,8 min nəfər
 
69 nəfər
 
90
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Heyvandarlıq, taxılçılıq, kartofçuluq, meyvəçilik geniş inkişaf etmişdir. Kənd təsərrüfatı məhsullarının emalı müəssisələri fəaliyyət göstərir.
Laçın rayonu
1,83 min km2
76,1 min nəfər
42 nəfər
126
İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Taxılçılıq və meyvəçilik geniş inkişaf etmişdi.
Lənkəran rayonu
1,54 min km2
228,1 min nəfər
148 nəfər
93
Əsasən qida məhsullarının istehsalı və içki istehsalı müəssisələri fəaliyyət göstərir. Çay fabriki, tərəvəz, balıq konserv zavodları və s. mövcuddur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çəltikçilik, çayçılıq, meyvəçilik, arıçılıq və heyvandarlıq təşkil edir.
Lerik rayonu
1,08 min km2
86,8 min nəfər
80 nəfər
162
İqtisadiyyatının əsasını kartofçuluq, tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq təşkil edir.
Masallı rayonu
0,72 min km2
227,7 min nəfər
316 nəfər
103
İqtisadiyyatının əsasını tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və çayçılıq təşkil edir. Qida məhsulları, içki, mebel istehsal edən sənaye müəssisələri fəaliyyət göstərir.
Mingəçevir şəhəri
0,14 min km2
103,1 min nəfər
736 nəfər
1
Sənayesinin əsasını energetika, maşınqayırma, kimya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və tikinti materiallarının istehsalı müəssisələri təşkil edir.
Naftalan şəhəri
0,04 min km2
8,6 min nəfər
215 nəfər
3
Kurort şəhəridir. 6 sanatoriya fəaliyyət göstərir.
Neftçala rayonu
1,45 min km2
87,6 min nəfər
60 nəfər
52
Sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.
Oğuz rayonu
1,08 min km2
44,7 min nəfər
41 nəfər
34
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik təşkil edir.
Saatlı rayonu
1,18 min km2
111,2 min nəfər
94 nəfər
44
İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq təşkil edir. Qida məhsulları istehsalı, toxuculuq sənayesi, biyan məhsulları istehsalı müəssisələri mövcuddur.
Sabirabad rayonu
1,47 min km2
181,8 min nəfər
124 nəfər
75
Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Baramaçılıq da inkişaf etmişdir. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.
Salyan rayonu
1,60 min km2
 
140,3 min nəfər
 
88 nəfər
51
 
Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik (əsasən istixana şəraitində) və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.
Samux rayonu
1,45 min km2
58,8 min nəfər
41 nəfər
35
İqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir.
Siyəzən rayonu
0,70 min km2
42,0 min nəfər
60 nəfər
34
İqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Kənd təsərrüfatında isə üzümçülük, taxılçılıq, quşçuluq, heyvandarlıq və tərəvəzçilik mühüm yer turur.
Sumqayıt şəhəri
0,12 min km2
427,6 min nəfər
3563 nəfər
3
İqtisadiyyatında kimya, neft-kimya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, maşınqayırma, elektrik avadanlıqlarının istehsalı müəssisələri, energetika, tikinti materiallarının istehsalı əsas yer tutur.
Şamaxı rayonu
1,67 min km2
106,5 min nəfər
64 nəfər
63
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq təşkil edir.
Şəmkir rayonu
1,66 min km2
218,3 min nəfər
132 nəfər
66
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik (əsasən istixana şəraitində) və heyvandarlıq təşkil edir.
Şəki rayonu
2,43 min km2
184,8 min nəfər
76 nəfər
71
Kənd təsərrüfatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Şəki-İpək müəssisəsi, tütün fermentləmə zavodu, qida məhsulları istehsalı və digər müəssisələr də mövcuddur.
Şuşa rayonu
0,29 min km2
25,2 min nəfər
87 nəfər
36
İqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi.
Tərtər rayonu
0,41 min km2
76,0 min nəfər
185 nəfər
51
Əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıq, meyvəçilik və baramaçılıqdır. Pambıq emalı müəssisəsi və telemexanika zavodu da mövcuddur.
Tovuz rayonu
1,94 min km2
177,9 min nəfər
92 nəfər
104
İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tərəvəzçilik, meyvəçilik, bostançılıq, taxılçılıq, heyvandarlıq, arıçılıq, baramaçılıq təşkil edir.
Ucar rayonu
0,83 min km2
85,5 min nəfər
103 nəfər
30
İqtisadiyyatının əsasını kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, quşçuluq, baramaçılıq, meyvəçilik, çəltikçilik, üzümçülük və bostançılıq təşkil edir.
Yardımlı rayonu
0,67 min km2
69,2 min nəfər
103 nəfər
88
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, qoyunçuluq və arıçılıqla məşğuldur.
Yevlax rayonu
1,47 min km2
130,0 min nəfər
88 nəfər
50
Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşıb. Quşçuluq və baramaçılıqla da məşğul olunur. Pambıq emalı müəssisəsi, dəri emalı fabriki və digər sənaye müəssisələri vardır.
Zaqatala rayonu
1,35 min km2
130,6 min nəfər
97 nəfər
62
İqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq), tərəvəzçilik, baramaçılıq, arıçılıq inkişaf etmişdir. Qida məhsulları istehsalı, tütün emal müəssisələri, tikiş və mebel fabrikləri mövcuddur.
Zəngilan rayonu
0,70 min km2
42,9 min nəfər
61 nəfər
85
İqtisadiyyatının əsasını taxılçılıq, tütünçülük, kartofçuluq, meyvəçilik, bostançılıq təşkil edirdi. Emal müəssisələri mövcud idi.
Zərdab rayonu
0,86 min km2
59,7 min nəfər
69 nəfər
42
İqtisadiyyatında taxılçılıq, pambıqçılıq, baramaçılıq, çəltikçilik və heyvandarlıq xüsusi rol oynayır. Süd emalı müəssisəsi mövcuddur.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri
0,19 min km2
97,9 min nəfər
515 nəfər
7
Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sənayenin əsasını qida məhsullarının istehsalı, içki istehsalı, geyim istehsalı, tikinti materiallarının istehsalı müəssisələri, minik avtomobilləri istehsal edən zavod və s. müəssisələr təşkil edir.
Babək rayonu
0,83 min km2
78,1 min nəfər
94 nəfər
36
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə quru subtropik meyvəçilik, tərəvəzçilik, taxılçılıq təşkil edir. Qida məhsullarının istehsalı, içki istehsalı, tikinti materiallarının istehsalı müəssisələri vardır.
Culfa rayonu
0,93 min km2
48,2 min nəfər
52 nəfər
23
İqtisadiyyatının əsasını meyvəçilik, üzümçülük, heyvandarlıq və arıçılıq təşkil edir. Karbob qazı zavodu, qida məhsulları istehsalı müəssisələri mövcuddur.
Ordubad rayonu
0,98 min km2
50,8 min nəfər
52 nəfər
47
İqtisadiyyatı çoxsahəlidir. Kənd təsərrüfatında meyvəçilik, tərəvəzçilik, üzümçülük, bostançılıq, arıçılıq və heyvandarlıq əsas yer tutur.
Sədərək rayonu
0,22 min km2
23,2 min nəfər
106 nəfər
5
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Kəngərli rayonu
0,70 min km2
33,8 min nəfər
48 nəfər
11
İqtisadiyyatının əsasını meyvəçilik, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edir.
Şahbuz rayonu
0,84 min km2
25,3 min nəfər
30 nəfər
24
İqtisadiyyatının əsasını heyvandarlıq, arıçılıq və bitkiçilik təşkil edir.
Şərur rayonu
0,81 min km2
113,6 min nəfər
140 nəfər
65
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik, heyvandarlıq və arıçılıq təşkil edir
Şirvan şəhəri
0,07 min km2
85,8 min nəfər
1226 nəfər
3
Şəhərdə 29 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Şirvan DRES, tikinti materialları istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı, neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
 
Keçidlər