“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində elmi-praktik konfrans keçirildi
İyunun 2-də Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məcslisin deputatı Yaqub Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Tarix İnstitutunun əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, həmçinin dəvət olunmuş qonaqlar iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Məktəbin direktoru Həcər Mahmudova konfransı giriş sözü ilə acaraq qonaqları salamladı. “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq" layıhəsinin təşkilat komitəsinin üzvü Röya Yaqubova cixiş edərək layihənin hədəfləri haqda konfrans iştirakçılarını məlumatlandırdı. Layihə üzrə konfransın məruzəsi ilə professor Yaqub Mahmudlu çıxış etdi. O bildirdi ki, xalqımızın tarixində tarixi yaradan görkəmli şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr az olmamışdır. Həmin insanlar tarixin müxtəlif mərhələlərində özlərinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirmiş, kimisi elmi, kimisi qəhrəmanlığı, kimisi sərkərdəlik bacarığı, kimisi də ictimai-siyasi sahədə xidmətləri ilə əsrlərin, qərinələrin yaddaşına köçmüşdür. Azərbaycan xalqı tarix boyu onları daim anmış və qürur duymuşdur. Cavanşir, Babək, Atabəy Eldəniz, Cahan şah, Uzun Həsən, Şah İsmayıl, Nadir şah, Ağaməhəmməd şah Qacar və s. tarixi şəxsiyyətlər ən parlaq simalardan olmuş və bu günə qədər belə tanınmaqdadirlar. Məruzəçi bildirdi ki, dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Natiq eyni zamanda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqətin bu gün Tarix İnstitutunda köklü islahatların, fundamental araşdırmaların aparılmasına, bir sözlə, milli tariximizin dirçəldilməsi kimi mühüm işlərin görülməsinə səbəb oluduğunu bildirdi.
Sonra məruzə ətrafında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları və tarix müəllimləri Fazil Şahin, Tofiq Nəcəfli və Dilavər Əzimli çıxış edərək konfransın əhəmiyyəti haqda fikirlərini paylaşdılar.
Sonda “Tarixi şəxsiyyətlərə sahib çıxaq” layihəsi çərçivəsində tariximizə silinməz iz qoymuş “Həsən Padşah Bayandur” haqqında əl işləri, esse, referat, şeir və inşa müsabiqəsinin qalibləri olan istedadlı şagirdlər diplomlarla təltif olundular.