Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq

Prezident İlham Əliyev “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının anonsunu 2013-cü il sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin açılışında cənub bölgəsinin gəncləri ilə görüşü zamanı verərək demişdi: “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Yəni, cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Bu olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 10 il ərzində bölgələrdə bəlkə min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti yalnız öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir”.   ►Normativ-hüquqi baza

 

►Media
Keçidlər