Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "31 Mart – Tarixin Soyqırımı" adlı tədbir keçirildi.

30 mart 2017 | 11:00

30 mart tarixində Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında "31 Mart – Tarixin Soyqırımı" adlı tədbir keçirildi.
     Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov, Rayon ictimaiyyəti, AƏSMA-nın tələbələri, orta ümumtəhsil məktəbləri, ictimai birliklər, gənclər iştirak etdilər.
Anım tədbiri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının inzibati binasının foyesində 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başladı.
Daha sonra Soyqırımla bağlı film nümayiş edildi. Filmin nümayişindən sonra tədbir açıq elan edilmiş və soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdılar. Natiqlər çıxışlarında qeyd etdilər ki, Azərbaycan  Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
     Çıxışlardan sonra Şirzad Pirallahının ifasında “Qalx ayağa, Azərbaycan!”, “Olsun gərək”, “İttiham-2” şeirləri səsləndirilmiş və rayonun istedadlı gəncləri tərəfindən “Haray” və  “Azərbaycan” mahnıları ifa edildi.

 

 

 

 

 

 

Keçidlər