Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası” adlı məlumat saatı keçirildi
05 oktyabr 2017 | 11:00
5 oktyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası” mövzusunda “Məlumat saatı” keçirildi.
Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, təhsil işçiləri və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının gənc fəalları iştirak etdilər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq akademik Vaqif Abbasova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Daha sonra “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə məlumat saatında iştirak edən təhsil işçilərini təbrik edərək, onlara uğurlar dilədi.
Sonra məruzə ilə çıxış etmək üçün AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasova söz verildi.Qeyd edək ki, Vaqif Məhərrəm oğlu Abbasov 5 oktyabr 1952-ci ildə Tərtər rayonu, Cəmilli kəndində anadan olmuşdur. 1982-ci ildə onun rəhbərliyi ilə VFİKS-82 adlı çoxfunksiyalı korroziya inhibitoru yaradılmış, SSRİ Neft Sənaye Nazirliyinin Dövlət Komissiyası sənaye sınağının nəticələrini müsbət qəbul edərək sənayedə tətbiqinə icazə vermişdir. Bu reagent 1983-cü ildən Azərbaycanın neft yataqlarında istifadə olunmağa başlanmışdır. 1985-1986-cı illərdə bu inhibitorun sınaqları Qərbi Sibirin neft yataqlarında keçirilib və istifadəsinə başlanılıb. 1988-ci ildə Rusiya Federasiyasının mineral gübrələr zavodu VFİKS-82 reagentinin istehsal texnologiyasını lisenziya ilə alıb və sənaye istehsalını təşkil edib. V.M.Abbasovun rəhbərliyi ilə bu inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub. 1983-1997-ci illərdə 21389 ton VFİKS-82, 1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur. VFİKS-82 inhibitoru 1987-ci ildə SSRİ Xalq Təssərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüş və 1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir. 1984-cü ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur. V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər Əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş və onun istehsal və tətbiqini həyatakeçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur. 1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır. 1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H.Ə.Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabr 25-nə qədər 13887.5 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir. Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə edilib. Hazırda onun tətbiqi davam edir. 2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib. 2009-cu ildə "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, sənaye sınağı keçirilib, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib. 2003-cü ildən "Bakı" ərp həlledicisi yaradılıb, neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur. 2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb. 2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib. 2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib. 2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub. Nir çox beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvdür.
Natiq çıxışında bildirdi ki, “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. Ulu öndər demişdir: “Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir. Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Müəllimlik peşəsinin zənginliyinə toxunan natiq qeyd etdi ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Natiq onu da vurğuladı ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmiş və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.
Çıxışın sonunda müəllimləri təbrik edən akademik Vaqif Abbasov onlara daim zirvədə olmağı arzuladı.
Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırıldı.
Məlumat saatının sonunda Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Binəqədi rayonundan Azərbaycan Respublikasının “Əməkdar müəllim”fəxri adı alan müəllimlərə hədiyyələr təqdim edildi.