Şriftin ölçüsü :

Saytın rəngi :

2024-2025-ci tədris ilinin başa çatması münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil müəssisələrində 14 iyun 2025-ci il tarixində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2025 | 14:55

2024-2025-ci tədris ilinin başa çatması münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil müəssisələrində 14 iyun 2025-ci il tarixində “Son zəng” tədbirləri keçirildi.

Binəqədi rayonu Azər Məmmədov adına 115 № li tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının  məsul əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəbin direktoru Natəvan Əsədova, məktəbin pedaqoji kollektivi, məzunlar, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbiri giriş nitqi ilə açıq elan edən məktəbin direktoru Natəvan Əsədova məzunlara gələcək həyatlarında uğurlar dilədi və 2024-2025-ci tədris ili ərzində şagirdlərin əldə etdiyi uğurlar haqqında iştirakçılara ətraflı məlumat verdi. 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məzunları təbrik  edərək qeyd etdi ki, “İnanırıq ki, gələcəyimiz olan bu günkü məzunlar respublikamızın adını həmişə yüksəklərə qaldıracaqlar. Ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Məhz yaradılan şərait, göstərilən diqqət və qayğı müəllim və şagirdlərimizə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür.”

Məzunlardan Ləman Qurbanova həmkarlarını təbrik edərək, məzunlar adından müəllimlərinə təşəkkürlərini bildirdi. Bundan sonrakı həyatlarında təhsillərini uğurla davam etdirərək, xalqımıza layiq gənclər olaraq dövlətimizə xidmət edəcəklərini söylədi.

Valideynlər adından çıxış edən Kəmalə Ağayeva gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün valideynlər adından təşəkkürünü bildirərək, məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər dilədi və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdi.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi.  

Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olundu, “Son zəng” çalındı.

Keçidlər