Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Heydər Əliyev siyasi kursu, müstəqilliyə gedən yol” adlı məlumat saatı keçirildi.

23 noyabr 2017 | 11:00
23 noyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev siyasi kursu, müstəqilliyə gedən yol”  mövzusunda  “Məlumat saatı” keçirildi.Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, fəlsəfə elmləri namizədi Əyyub Kərimov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, bələdiyyə sədrləri, bələdiyyələrin ictimai sektor müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, YAP Binəqədi Rayon təşkilatının gəncləri və ASAN könüllüləri iştirak etmişlər.Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq qonağları təqdim edib.Sonra sözü Əyyub Kərimova verdi.Qeyd edək ki, Əyyub Sevdim oğlu Kərimov 26. 04. 1958-ci ildə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. O, 1975–ci ildə G. Əsədov adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1976–1978-ci illərdə Belarusiyanın Minsk şəhərində daxil qoşunlarda hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra, 1979 – cu ildə Bakı Dövlət Universtetinin “Tarix” fakultəsinə daxil olmuş, 1984–cü ildə həmin fakultəni “fərqlənmə” diplomu ilə bitirmişdir. 1984–1988-ci illərdə təyinatla Zərdab rayon Gəndəbil kənd orta məktəbində Tarix, İctimaiyyət və Hüququn əsasları, 1988–1990-cı illərdə isə Beyləqan rayon Ordjenikidze adına qəsəbə məktəbində Tarix və Hüququn əsasları fənnləri üzrə müəllim işləmişdir. O, 1990–cı ildən AzTU–nun “Fəlsəfə və Politologiya” kafedrasında əvvəlcə baş laborant, kabinə müdiri, müəllim, baş müəllim, dosent, hal–hazırda isə kafedra müdiri vəzifəsində çalışır. Əyyub Kərimov elmi-nəzəri tədqiqatlara tələbəçilik illərindən başlamış, 1992–1996-cı illərdə isə BDU–nun Sosial fəlsəfə ixtisası üzrə qiyabi aspiranturasında oxumuşdur. 1996–cı ildə aspiranturanı əla qiymətlərlə bitirmiş, “Ekoloji problemin qlobal xarakteri şüurun və fəaliyyətin ekolojiləşməsi” mövzusunda namizədlik disertasiyası müdafiyə edərək, Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. O, “Müasir Azərbaycan cəmiyyətinin Demokratikləşməsinin sosial-fəlsəfi aspektləri” mövzusunda doktorluq disertasiyası işini yazıb başa çatdırmış, iş Azərbaycan Respublikası prezidenti yanında AAK tərəfindən bəyənilmiş, müdafiənin təşkili üçün AMEA–nın Fəlsəfə, Sosiologiya və Hüquq inistutuna göndərilmişdir. Əyyub Kərimov 80 qədər elmi məqalənin, dərs vəsaitləri, dərslik və monoqrafiyanın müəllifidir. O, “Sufilik fəlsəfəsi haqqında”, “Azərbaycanda xürrəmilik və hürufilik”, “Politologiya sxemlərdə və cədvəllərdə” adlı dərs vəsaitlərini, “Milli və Beynəlxalq ətraf mühitin muhavizəsi siyasəti” dərsliyini, “Demokratiya bəşəriyyətin bu günü və gələcəyi, sosial fəlsəfi yanaşma” mövzusunda monoqrafiyanı yazıb çap etdirmişdir. Əyyub Kərimov elmi–pedaqoji fəaliyyətlə yanaşı Respublika və Beynəlxalq miqyasda keçirilən konfrans və simpoziumlarda fəal iştirak edir. Onun məqalələri Türkiyədə, Ukrayinada, Gürcüstanda, Rusiyada çap olunan elmi jurnallarda və konfrans materiallarında nəşr edilmişdir. O, 2013 - ci ilin oktyabr ayının 21 – 25 tarixində Kiev şəhərində keçirilən VIII Beynəlxalq Elmİ Konqresdə “Demokratik cəmiyyət quruculuğu və sosial konfliktlər” mövzusunda çıxış etmiş, məruzə yüksək səviyyədə bəyənilərək çap olunacaq topluma daxil edilmişdir. Əyyub Kərimov dərslərini zəruri, elmi, pedaqoji səviyədə qurmaqla bərabər bacarıqla təşkilatçı kimi “Fəlsəfə və Politologiya” kafedrasını tədrisin müasir tələbləri Kontekstində lazımi səviyyədə idarə edir. Onun rəhbərlik etdiyi kafedra kollektivi indiki şəraitdə öz vəzifəsini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı elmi-nəzəri tədqiqatlarda fəal iştirak etməkdə, milli idealogiyamızı və milli-mənəvi dəyərlərimizi geniş təbliğ etməkdə, tələbələri Azərbaycançılıq, dövlətçilikruhunda tərbiyələndirməkdə görür. Kafedra Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən disertasiya müdafiələri üçün aparıcı təşkilat kimi təsdiq edilmişdir. Əyyub Kərimov bu gün də Universitetin və Respublikanın ictimai–siyasi həyatında fəal iştirak edir.Natiq çıxışında bildirdi ki, 1993-cü ilin yayından  Azərbaycanın ictimai-siyasi həyatında situasiya dəyişməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə əsaslı islahatların təməli qoyuldu.  Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını müəyyənləşdirərkən əsasən diplomatik vasitələrə üstünlük vermişdir. Bu gün hər kəsin haqqında danışdığı “balanslaşdırılmış xarici siyasət kursu”nun  əsası məhz ümummilli lider tərəfindən qoyulmuşdur. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab vermiş və bu gün də həmin siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Ümummilli lider bunun üçün önəmli vəzifə kimi bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Əsas diqqət  Azərbaycanın  müstəqilliyinin təmin edilməsi və qorunub saxlanılmasına  yetirilir. Bu, o demək idi ki, Azərbaycan öz müstəqilliyini  qoruyacaq və daimi  edəcək.  Ulu öndər qətiyyətlə bildirirdi ki, Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir: “Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır. Elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən  Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Son illərdə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində inkişaf etmiş müstəqil dövlətə çevrilmişdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın 155 ölkəsindən dəstək alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olmasına, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də, yüksək səviyyəli tədbirlər təşkil etmişdir.  Bundan başqa, ölkəmiz hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Keçidlər