18 yanvar tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycan Xalq Cümhuriyyəti: Maarifçilik və İdentiklik” mövzusunda “Məlumat saatı” keçirildi.
Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə institutunun direktoru professor İlham Məmmədzadə, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP fəalları və ASAN Könüllüləri iştirak etdilər. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu ilin Azərbaycan xalq Cumhuriyyəti ili elan edilməsinin tarixi və siyasi əhəmiyyətindən danışdıi. Qeyd edək ki, İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan İ.R.Məmmədzadə şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir.F.e.d. İ.R.Məmmədzadənin elmi-tədqiqat sahəsi olduqca genişdir. O, etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirir.İ.R.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir. Əsərlərində ("Etikaya giriş" (2004); "Əxlaqın şərhinin təcrübəsi" (2006), "Siyasət və əxlaq" (1988), "Xeyir və Şər" (1993), "Siyasi etika" (1997) və s.) o, aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə "əxlaq-etika" vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir. Onun əxlaq və davranışların bölgüsü, müxtəlif əxlaq sistemləri haqqındakı ideyaları postsovet fəlsəfəsi və etikası tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir.İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmışdır ("Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "О философии (Современные подходы: тенденции и перспективы) (2011), "Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" (2009). Onun vətəndaş cəmiyyəti, siyasi etika, siyasi rejimlər və keçid dövrü transformasiya yolları haqqında, xüsusilə, postsovet məkanında baş vermiş dəyişikliklərin fəlsəfəsi elmi ictimaiyyət tərəfindən konseptual keyfiyyət kimi qəbul edilmişdir. Əminliklə deyə bilərik ki, o, özünün elmi məktəbini yaratmış və siyasi etikanın tədqiqi ənənələrini formalaşdırmışdır.İ.R.Məmmədzadə bir sıra beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini, fəlsəfəsini uğurla təmsil etmişdir. O, Çexoslovakiya, Ukrayna, Rusiya, Fransa, Polşa, İtaliya, Macarıstan, Türkiyə, İsveçrə, Belarus və s. ölkələrdə keçirilən dünya Fəlsəfə konqreslərində etika, fəlsəfə, politologiya və mədəniyyət problemləri üzrə elmi məruzələrlə çıxış etmişdir və aparıcı Elmi Mərkəzlərində mühazirələr oxumuşdur. İ.R.Məmmədzadə hazırda postsovet fəlsəfi ictimaiyyəti tərəfindən tanınan peşəkar alimdir. O, bir çox kitabların, monoqrafiyaların, məqalələrin elmi redaktoru və rəyçisidir. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin "Гуманитарные науки" beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür. İ.R.Məmmədzadənin bir müəllim kimi də xidmətləri böyükdür. O, uzun illərdir ki, Bakıdakı Qərb Universitetinin professorudur. Burada o, yetişməkdə olan gənc nəslə öz bilik və bacarığını verməkdən usanmır. Onlarla gənc alim fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını məhz onun rəhbərliyi altında müdafiə etmişdir.İ.R.Məmmədzadənin yaradıcılığı haqqında yazılar Moskvada nəşr olunan Ensiklopedik məlumat kitabına daxil edilmişdir. Həmin məlumat "XIX-XX əsrlərin Rusiya filosofları" (M., 2002) kitabında öz əksini tapmışdır. Onun Nikkolo Makiavelli haqqında məqalələrinin annotasiyaları Maksim Makiavelliyə həsr olunan Rusiya-İtaliya biblioqrafiyasına daxil edilmişdir. Bu Biblioqrafiya 2002-ci ildə Pyotr Barenboumun redaktorluğu ilə nəşr edilmişdir.İ.R.Məmmədzadə elm təşkilatçısı kimi də ciddi fəaliyyət göstərir. Onun İnstituta rəhbərlik etdiyi dövrdə bir çox xarici ölkələrin aparıcı Elmi Mərkəzləri ilə elmi əməkdaşlıq haqqında müqavilələr, razılaşmalar anlaşma memorandumları imzalanmışdır. Məhz onun sayəsində 2010-cu ildən FSHİ Avropa və Asiya ölkələrinin Fəlsəfə İnstitutlarının Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir. F.ü.e.d. İ.R.Məmmədzadə peşəkar alim, təşkilatçı-rəhbər olmaqla yanaşı, eyni zamanda, ictimai xadim kimi də özünü göstərə bilmişdir. Ölkəmizdə son illər keçirilən Beynəlxalq Humanitar Forumlar çərçivəsində bir sıra tədbirlərin keçirilməsi məhz İ.R.Məmmədzadəyə həvalə olunmuşdur. İ.R.Məmmədzadə Bakı və Moskvada 2010, 2012, 2013-cü illərdə mütəmadi olaraq keçirilən "Əliyev qiraətlərinin" təşkili, keçirilməsi və çapa hazırlanması işində yüksək fəallıq nümayiş etdirmişdir.İ.R.Məmmədzadə Respublikada elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də AMEA tərəfindən dəfələrlə "Fəxri Fərmanla" təltif edilib.Məruzəçi professor İ.Məmmədzadə XIX əsrin sonlarından başlayaraq Azərbaycanda maarifçiliyin güclənməsindən və onun əsas hərəkətverici qüvvələri olan ziyalılarından danışdı. O bildirdi ki, 2 ilə yaxın ömrü olmuş Cümhuriyyətin qurulmasına məhz uzun illər aparılan maarifçilik hərəkatı zəmin yaratmışdır.Natiq söylədi ki, Böyük Oktyabr sosialist inqilabından sonra parçalanmış Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada xüsusi qurum - Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı (noyabr 1917 - mart 1918) yaradıldı. 1918-ci il aprelin 28-də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respublikasını elan etdi. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal xüsusi nazirliklər, o cümlədən də Maarif Nazirliyi təsis edildi. Xoyski Fətəli xan İsgəndər oğlu Zaqafqaziya Demokratik Federativ Respublikasının ilk maarif naziri seçildi.İlham Məmmədzadə Cümhuriyyət dövründə maarif sahəsində fəaliyyətin bir istiqamətlə məhdudlaşmadığını bildirdi. Tədqiqatların nəticələrində Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali, orta və ibtidai məktəblər açdığı , kurslar təşkil etdiyi, digər tərəfdən nəşriyyat - tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vəsaitləri hazırladıb çap etdirirdiyini söylədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində uğurlu tədbirlərindən biri də təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratmasıolduğunu deyən professor Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldığı fikrini səsləndirdi.Eyni zamanda natiq, Cumhuriyyət dövründə yaranmaqda olan zəminin nisbətən öncəki tarixə və ziyalıların fəaliyyətinə söykəndiyi fikrini səsləndirdişOnun fikrincə ilk tarixçi filosof kimi qiymətləndirilən Abbasqulu Ağa Bakıxanov, elmin populyarlaşdırılması ilə məşğul olan Həsən bəy Zərdabi, fransız və alman fəlsəfəsinin dərin bilicisi kimi tanınan Mirzə Fətəli Axundovun və digərlərinin milli dirçəlişdəki rolundan böyük töhvələri olmuşdur. İlham Məmmədzadə Cumhuriyyətin qısa ömürlü olması, Azərbaycan müstəqilliyinin uzun illər bərqərar edilə bilməməsi kimi faktorların müstəqillik qazzandıqdan sonra ölkədə bu yöndən dərin uçurumlar yaratdığını dedi.Onun fikrincə Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təhsil və maarifçilik sahəsində böyük sıçrayışlar, yeniliklər özünü göstərməyə başladı.Azərbaycanlı gənclərin xaricə təhsilə göndərilməsi təhlükədə olan müstəqilliyi möhkəm və sarsılmaz dayaqlara ram edirdi.Öz siyasi rəhbərinin laiqli davamçısı ölkə başçısı İlham Əliyev öz sələflik missiasını laiqincə yerinə yetirərək bu sahədə inkişaf modelini yaratdı. Professor nitqinin sonunda Ölkə başçısı cənab Prezidentin bu ili ” Azərbaycan Xalq Cumhuriyyət” ili elan edərək Cumhuriyyət liderlərinin ruhunu sad etməklə bərabər Azərbaycana, onun mədəniyyətinə və keçmişinə dərin ehtiram göstərdiyini bildirdi. Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.