Şriftin ölçüsü :

Saytın rəngi :

22 aprel 2026-cı il tarixində Binəqədi rayonunda Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə Milli Oftalmologiya Mərkəzində Xatirə muzeyinə ziyarət təşkil olundu

24 aprel 2026 | 17:56

22 aprel 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə Milli Oftalmologiya Mərkəzində Xatirə muzeyini ziyarət etdilər.

Tədbirdə Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşları, səhiyyə müəssisələrinin rəhbərləri və gənc həkimlər, rayon ictimaiyyəti iştirak etdilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad etdilər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aygün Məmmədbəyli nümayəndələri salamlayaraq akademik Zərifə xanım Əliyevanın milli oftalmologiyanın inkişafındakı misilsiz xidmətləri, Azərbaycan oftalmologiya elmini ən yüksək səviyyəyə qaldırmağı, dünyada tanıtdırmağı, Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Görkəmli akademik respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Tədbir iştirakçıları akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəliyyət göstərən görkəmli alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət etdilər. Mərkəzin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova muzey haqqında ətraflı məlumat verərək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın elmi irsi və insanlara bəxş etdiyi dəyərlər haqqında söhbət açdı.  

Daha sonra görkəmli alimin əziz xatirəsinə həsr olunmuş film nümayiş edildi.

Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında görüşün keçirilməsindəki təşkilatçılığa görə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi və qeyd etdi ki,  əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhvələr vermiş Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiram hissi ilə yad edilir. Görkəmli akademikin yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Bütün elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Ölkənin tanınmış elm və müalicə mərkəzlərindən hesab edilən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün fəaliyyəti nəcib bir işə-xalqın sağlamlığının qorunmasına həsr olunmuşdur. Azərbaycanda bir çox göz xəstəliklərinin qarşısının alınması və aradan qaldırılmasında, ümumiyyətlə elmi-tibbi mühitin formalaşmasında Mərkəzin böyük rolu vardır.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkildi.  

Keçidlər