Şriftin ölçüsü :

Saytın rəngi :

22 may 2025-ci il tarixində Biləcəri mədəniyyət və istirahət parkında “Qərbi Azərbaycanın tarixi və memarlıq abidələri” adlı rəsm sərgisi keçirildi

22 may 2025 | 16:57

22 may 2025-ci il tarixində Biləcəri mədəniyyət və istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Gənclər İdman İdarəsi Binəqədi rayon sektoru və 6 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi və memarlıq abidələri” adlı rəsm sərgisi keçirildi. Sərgidə dərnək üzvlərinin 23 rəsm işi nümayiş olundu. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Camal Hacıyev, Bakı şəhəri Gənclər İdman İdarəsi Binəqədi rayon sektorunun müdiri Kamran Quliyev, 6 № li Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev iştirakçıları təbrik edərək, qaliblərə sertifikat və hədiyyələr təqdim etdilər.

Keçidlər