Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi

19 oktyabr 2013 | 10:00

2013-cü il oktyabrın 18-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov 2013-cü ilin 9 ayı ərzində əldə olunmuş uğurlardan, aparılmış quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdan danışdı, iclas iştirakçılarını 18 oktyabr – Milli Müstəqillik Günü münasibətilə təbrik etdi.
Respublikamızın hər yerində olduğu kimi Binəqədi rayon ərazisində də abadlıq-quruculuq işlərinin davamlı olaraq aparıldığını qeyd edən cənab Xaləddin İsgəndərov əhalinin iqtisadi, sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğuladı. Bununla belə, rayon ərazisində problemlərin mövcud olduğunun bildirən rayon rəhbəri onların həlli istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd etdi.
Tədbirdə 2013-cü ilin 9 ayının yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov  bildirdi ki,  Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir.
Məruzəçi 9 ay ərzində rayon ərazisində görülən işlərə nəzər salaraq bildirdi ki, sənaye sahəsində 2013-cü ilin yanvar-sentyabr aylarında 124 milyon 655 min  manatlıq və ya keçən ilin müvafiq dövründən 2,9% çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib.
9 ay ərzində sənaye müəssisələrində 5751 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövründən 3,5 % çoxdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 500,3 manat olmuşdur ki, bu da əvvəlki ilin  müvafiq dövründən 5,2% çoxdur.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 9 milyon 89 min manat  əsas fondlar istifadəyə verilib.
2013-cü ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 97 milyon 786 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 64 milyon 26 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 279 milyon 78 min manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə artıb. Tikintidə işçilərin orta siyahı sayı 5376 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,1 % artıb. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqısı 297,6 manat təşkil edib.
2013-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,5 % çox, rabitə sektorunda isə 0,7% çox xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 25,3% artaraq 5680 nəfər, orta aylıq əmək haqqı isə 25,7% artaraq 355,0 manat təşkil edib.
Bu müddət ərzində rabitə müəssisələrində 724 işçi çalışmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 63 nəfər artıb. Orta aylıq əmək haqqı 2,7% artaraq 372, 2 manat təşkil edib.
Hesabat dövründə istehlak bazarı dinamik tendensiya ilə inkişaf edərək pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 726 milyon 816 min manatlıq istehlak malları satılıb. 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,6% artıb. İstehlak mallarının 17%-i hüquqi şəxslərin, 56,7%-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət şəbəkələrində, 26,1-i kənd təsərrüfatı məhsulları bazarında satılıb.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 251 milyon 385 min manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 % çoxdur.
2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin 20%-i dövlət müəssisələri tərəfindən həyata keçirilib. Əhaliyə  göstərilən  pullu  xidmətlərin 14,1%-ni məişət xidmətləri təşkil etmişdir ki, bunun da 91,2%-ni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər təşkil edib. 
9 ay ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq, 356,0 manata çatıb.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43574 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb. Dövlət sektorunda işçilərin orta aylıq sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 17874 nəfər olmuş, qeyri-dövlət sektorunda isə çalışanların sayı 28,2% artaraq 25700 nəfər təşkil edib. 2013-cü il sentyabrın 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3875 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1377 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 939 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, bunlardan 304 nəfəri qadın olmaqla, 492 nəfər müxtəlif  sahələrdə  daimi  işlə  təmin edilmiş və 108 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunub. İşsizlik müavinəti başa çatmış 6 nəfər, müavinət aldığı müddət ərzində isə 3 nəfər Məşğulluq Mərkəzinin göndərişi ilə işlə təmin olunub. 9 ay ərzində 116 nəfərə  işsizlik  statusu verilmiş, 118 nəfərə  isə işsizlik müavinəti təyin olunub.
2013-cü ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib.
Binəqədi rayonu ərazisində yanvar-sentyabr aylarında ümumilikdə 6181 m2  hörgü, 14058 m2  suvaq, 26267 m2  dekorativ suvaq, 57734 m2  boyaq işləri aparılıb, küçələrdə və binaların həyətlərində 4741 m2 tamet daşı, 4154 p/m səki daşları döşənib, 7-ci mikrorayon ərazisində 8400 p/m novalça və su axıdılan boru əsaslı təmir edilib. Hazırda məhəllələrin abadlaşdırılma işləri davam etdirilir.
Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintiyə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilib. Carı ilin 9 ayında rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq 5 yeni xeyir-şər evi tikilib, 1 xeyir-şər evi əsaslı təmir edilib,  6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla tam təmin olunub və bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisinin sanitar normalara uyğun qorunması və ərazilərin təmizliyinə daim nəzarət etmək məqsədilə ümumilikdə rayon üzrə 2207 ədəd (o cümlədən, rayonun Binəqədi qəsəbəsində 211, Biləcəri qəsəbəsində 329, M.Ə.Rəsulzadə qəsəbəsində 285, Xocəsən qəsəbəsində 221, 28 May qəsəbəsində 46, 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairələrində 859, Xüsusi təyinatlı mənzil istismar sahələri üzrə 256 ədəd) konteyner yerləşdirilib və məişət tullantılarının daşınmasına ümumilikdə 36 ədəd texnika cəlb edilib, son rübdə 3 ədəd yeni texnika yerləşdirilib.
Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 m2 çəmən (qazon) salınıb, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif növdə ağaclar əkilib.
Rayon ərazisində  46873 m2-ə yaxın yumşaq dam örtüklərində əsaslı və cari təmir işləri aparılıb. Ümumi istifadə yerlərində 947 m2 pəncərə cari qaydada təmir edilib, 98 pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılıb, 20 lift əsaslı təmir edilib, 44 lift yenisi ilə əvəz edilib və hazırda 5 lift üzrə işlər davam etdirilir.
Hal-hazırda mikrorayonların ərazisində 106 binanın zirzəmisində su və kanalizasiya xətti əsaslı təmir edilib. Paralel olaraq, binaların zirzəmilərində 95304 p/m su xətti, 19820 p/m kanalizasiya xətti dəyişdirilib.
Həmçinin ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 19733 m olan 118400 m2 sahəyə asfalt  örtüyü çəkilib.
Sonra məruzə ətrafında çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin rəisi  Hüseyn Kərimov və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov rayon ərazisində uğurla həyata keçirilən sosial-iqtisadi inkişafdan danışdılar.
Sonda şura iclasının qərar layihəsi oxundu və qəbul edildi.
Hesabat iclasında Milli Məclisin üzvləri - Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.

Keçidlər