Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub
18 dekabr 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupununun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Prezidentin görüşdəki nitqi və sərgilədiyi mövqe son günlər kifayət qədər müzakirə olunmuşdur. Əvvəla qeyd edək ki, cənab Prezident Vətən Müharibəsi günlərində xarici jurnalistlərə verdiyi müsahibələrdə tutduğu mövqeni davam etdirərək Qarabağ məsələsində Azərbaycanın haqq mübarizəsini görüş iştirakçılarına çatdırmışdır. İlham Əliyev müharibə zamanı Azərbaycanın beynəlxalq hüququn tələblərinə, qanunlarına əməl etdiyini xüsusi vurğulamışdır. Cənab Prezident İlham Əliyevin nitqini bir neçə aspektdən xarakterizə etmək olar.
Birincisi, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana sonuncu səfərindən keçən bir il ərzində bölgədəki vəziyyət dəyişmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi və qətiyyəti, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab prezident görüşdə bildirdi ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi. Buna güc yolu ilə, hərbi-siyasi vasitələrlə nail oldu. Prezidentin çıxışından sitat: “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bu fikri ilə cənab prezident ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin problemə münasibətdə seyrçi mövqe tutmalarını, Qarabağ məsələsində status-kvonun uzun illərdir dəyişməməsini onların uğursuz fəaliyyətinin nəticəsi kimi qiymətləndirmişdir.
Cənab Prezident beynəlxalq vasitəçilərin status-kvonun qəbuledilməzliyi ilə bağlı qəbul etdikləri bəyannaməni Azərbaycanın dəstəklədiyini bildirmişdi. Ancaq müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar verməsindən dolayı yaranan qeyri-müəyyən vəziyyətdən də söz açmışdır. Prezident İlham Əliyevdən sitat: “Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi”. Prezident çıxışında qətiyyətlə bildirmişdi ki, münaqişənin dondurulmuş qalması beynəlxalq vasitəçiləri qane edib, onlar problemin həll edilməsində maraqlı olmayıblar. Bu mövqe nümayiş etdirməklə mövcud status-kvonun saxlanılması ilə münaqişənin hər an alovlanmasına zəmin yaratmış, regiondakı münaqişə ocağını xarici müdaxilələr üçün açıq saxlamaqda maraqlı olmuşlar. Cənab prezident həmsədrlərə qarşı alicənab davransa da, onların etibarsızlığını, xalqımızın bu quruma güvənmədiyini və gələcəkdə Minsk qrupunun mandatının Azərbaycandan asılı olduğunu xüsusi vurğulamışdır.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan ordularını müqayisə etmişdir. Müharibənin nəticəsi kimi Ermənistanın məğlub olaraq kapitulyasiya bəyanatı imzalamağa məcbur olduğunu bildirmişdi. Bölgədə yaranmış gərginliyin Paşinyanın diktatura rejimi və tutduğu qızışdırıcı və təhrikedici mövqesi ilə əlaqələndirmişdir. Prezident İlham Əliyevdən sitat: “Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir...Azərbaycan Sarkisyan və Koçaryan ordusunu məğlub etmişdir. Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridir.” Cənab prezident Azərbaycanın Vətən müharibəsi apardığını, etnik təmizləmə və ya başqa dövlətin torpaqlarını tutmaq kimi bir hədəfinin olmadığını xüsusilə bildirmişdi.
Cənab Prezident işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyi zaman gözləri ilə gördüyü erməni vəhşiliyini, tarixi-mədəni abidələrin dağıdıldığını, ermənilərin Kəlbəcərdə törətdikləri vandalizm və ekoloji terror siyasətini həmsədrlərə bir daha çatdırmışdır. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalmasını, Qarabağda qanunsuz məskunlaşdırılmanı erməni hərbi cinatyətlərinin tərkib hissəsi kimi dilə gətirmiş, həmsədrlərin bu cinayətlərə göz yummasını onlara bildirmişdir. Cənab prezident beynəlxalq hüquq çərçivəsindən kənara çıxmayaraq ermənilərin bəd əməllərindən əl çəkməyib torpaqlarımıza yenidən hücum edəcəkləri tədqirdə “dəmir yumruğ”un yenidən işə düşəcəyini çəkinmədən açıq şəkildə bildirmişdir.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin probleminin Qarabağın erməni icması ilə deyil, ərazimizi işğal edən cinayətkarlarla olduğunu vurğuladı. İlham Əliyevdən sitat: “Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər.” Cənab Prezidentin diqqət mərkəzindən kənarda saxlamadığı və çıxışının sonunda vurğuladığı bu fikirlər Azərbaycan xalqının daim sülh mövqeyində durduğunu, bütün xalqlara hörmətlə yanaşdığını özündə ehtiva edirdi. Prezident Ağdamda yaradılacaq Türkiyə - Rusiya Monitorinq Mərkəzinin atəşkəs rejiminə nəzarət etməklə regional əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Prezident açıq şəkildə dilə gətirdi ki, əgər regionda sabitlik, inkişaf görmək istəyirlərsə beynəlxalq aləm birinci növbədə xalqımızın hisləri ilə oynayan, regionda təhlükəsizliyə daim təhlükə yaradan Ermənistana açıq mesaj verməlidirlər.
Beləliklə, ölkə rəhbərinin həmsədrlərlə söhbətinin müxtəlif aspektlərinə nəzər yetirərək belə qənaətə gəlmək olar ki, cənab İlham Əliyev Ali Baş Komandan kimi müharibə zamanı tutduğu qətiyyətli mövqeyi həmsədrlərlə görüşdə də nümayiş etdirməklə o mesajı verdi ki, Azərbaycan Qarabağ uğrunda savaşdan, haqq mübarizəsindən heç vaxt geri çəkilməyəcək. Cənab Prezident öz çıxışı ilə həmsədrlərə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına hörmət etmək, siyasi lallıq və korluq etməmək çağırışını verdi. İnanıram ki, Azərbaycan dövləti və xalqı Qarabağ məsələsindəki haqq mövqeyindən heç vaxt çəkinməyəcək. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında, ordumuzun mübarizliyi, xalqımızın sarsılmaz birliyi sayəsində Qarabağa sahiblənmişiksə, gələcəkdə də istənilən təhdidlərə qarşı duruş gətirmək gücümüzü, bu torpaqların həqiqi sahibinin biz olduğumuzu dünyaya bir daha göstərməliyik. Cənab Prezident İlham Əliyevin “bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”-fikirlərini Qarabağ, haqq uğrunda mübarizəmizin düsturuna çevrilməliyik.

Murad Əliyev: Binəqədi rayonu 103 nömrəli tam orta məktəbin Tarix müəllimi https://azxeber.com/az/202012181109-daliq-qaraba-munaqisesi-artiq-tarixe-qovusub/sosial/
https://modern.az/az/news/269920/dagliq-qarabag-munaqisesi-artiq-tarixe-qovusub