Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

21 dekabr 2020 | 11:00

Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

Dünya Bankı Qrupu inkişafla bağlı böyük əhəmiyyətli sahələrdə fəaliyyət göstərir. Ölkələrə onların qarşılaşdığı problemlərə dair həll yollarının tapılmasında, innovativ biliklərin tətbiqində həmçinin maliyyə və texniki dəstək təminatında yardımçı funksiyanı daşıyır. 

Təşkilat fəaliyyətini iki əsas missiya üzrə həyata keçirir:

- 2030-cu ilədək, dünya üzrə həddindən artıq yoxsul əhalini 3 faizə endirməklə ifrat yoxsulluğa son verilməsi;

- Hər bir ölkənin əhalisinin ən yoxsul 40 faizinin gəlirlərini artırmaqla ümumi rifahın təmin edilməsi.

Dünya Bankı Qrupu Azərbaycanla sıx əlaqələrə sahibdir. Bu baxımdan Azərbaycan qrupun bütün agentliklərinin üzvüdür. 1996-cı ildən etibarın isə Dünya Bakının ölkəmizdəki nümayəndəliyi fəfəaliyyətə başlamışdır və ölkəmizdə 2010-cu ildən etibarən 10-dan çox irimiqyaslı layihəyə imza atmışdır.

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatı isə müxtəlif ölkələrdə biznesin tənzimlənmə mühitini müəyyən zaman kəsiyində müqayisə etmək məqsədi ilə hərtərəfli məlumatlar toplayıb təhlil edərək ölkələri daha effektiv tənzimləmə istiqamətində rəqabətə təşviq edir. Bundan əlavə, islahatlar üçün ölçülə bilən meyarlar təklif edir, həmçinin, alimlər, özəl sektor nümayəndələri, jurnalistlər və bizneslə maraqlanan digər şəxslər üçün məlumat qaynağı rolunu oynayır.

Yəni ölkənin iqtisadi imicinin formalaşdırılmasında “Doing Business” hesabatı çox mühim və strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda son illərdə Cənab prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların da əsas məqsədi ölkəmizin iqtisadi göstəricilərini ilbəil daha da yaxşılaşdıraraq, hüquqi bazanı daha da təkmilləşdirərək, ölkəyə yeni investisiyalar cəlb edərək, kiçik və orta sahibkarlığın inkişafına dəstək olaraq rəqabətədavamlı bir ölkə imici formalaşdırmaqdır.

“Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir. Sevindirici haldır ki, xüsusilə son 2 ildə bu baxımdan ölkəmiz bir sıra uğurlu nəticələrə imza atmağı bacarmışdır.
Bununla belə xatırlatmalıyıq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı, tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir. 

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business-2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur.

Qeyd olunan 3 istiqamətdə faktiki olaraq ölkəmizdə son illərdə ciddi işlər aparılmış və bu öz müsbət nəticələrini qısa müddətdə vermişdir.
Belə ki, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli  Fərmanı və “Mikro, kiçik eləcə də, orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Fərmanı elektrik təchizatı indikatoru üzrə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır.

Müqavilələrin icra edilməsi indikatoru üzrə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1436-VQD nömrəli Qanunu, eləcə də, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 Dekabr 2018-ci il tarixli 1437-VQD nömrəli Qanunu müstəsna əhəmiyyət kəsb edir. Belə ki, sözügedən qanunlar məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində mühim rol oynayır və vaxt indeksində irəliləyişin yaranmasına zəhmin yaratmışdır. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı, eləcə də, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Dekabr 2018-ci il tarixli Fərmanı İsə sərhəddə ticarət indekatoru üzrə çüsbət irəliləyişlərin əldə olunmasına zəmin yaratmışdır. Belə ki, müvafiq fərmanlar yoxlama mexanizminin azalması və vahid nəzarət mexanizminin formalaşdırılması ilə sahibkarın vaxtına qənaət edilməsi imkanını yaradır.

Xüsusilə qeyd etməliyik ki, prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötüb. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.”

Son nəticə olaraq bütün bu və digər faktorlar nəzərə alınaraq edilən müvafiq düzəlişlərdən sonra “Doing Business-2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-cü pillədən 28-ci pilləyə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq ki, “Doing Business-2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdir.
“Doing Business” hesabatı üzrə ölkəmizin reytinq cədvəlində öz mövqeyini daha da yaxşılaşdırması, etibarlı biznes mühitinin formalaşdırılması üçün aparılan çoxşəxəli islahatlar iqtisadi inkişaf prosesində müstəsna əhəmiyyət kəsb etməklə daha uğurlu nəticələr əldə etməmizə öz müsbət təsirini göstərməkdədir.

Mahmud Məmmədzadə: Binəqədi Gənclər Evinin əməkdaşı, UNİCEF-in "Əsas Həyat Bacarıqları" layihəsi çərçivəsində təlimçi

Keçid üçün: ►

https://modern.az/az/news/270298/azerbaycan-dunyanin-en-islahatci-on-olkesinden-biridir-

https://www.movqe.az/news/iqtisadiyyat/177412.html

Keçidlər