Xəzəryanı ölkələr arasında hüquqi bazanın olmaması müəyyən ziddiyətlər yaradırdı
Cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla video formatda keçirdiyi görüş, gündəmin aktual mövzusu olaraq, ən mühüm məqamları özündə ehtiva edir. Əvvala Xəzər dənizinin hüquqi statusu həmişə ciddi müzakirə mövzusu olub və iqtisadi əhəmiyyətl ilə yanaşı siyasi münasibətlərin tənzimlənməsi baxımdan da çox önəm daşıyır. Nəzərə alsaq ki, bölgədə sülhün, təhlükəsizliyin qorunmasına əngəl olan dövlətlərin məkrli planlarının həyata keçməsi üçün münbit zəmin yaranmışdır. İqtisadi maraqların toqquşduğu məqamda, siyasi gərginlik yaratmaq və suyu bulandıraraq, çirkin niyyətlərin həyata keçirilməsi istəyi, bölgədə çox ciddi problemlərə yol aça bilərdi.
Ümummilli Liderimiz Heydər Əliyev hələ 1994 cü ildə «Əsrin Müqaviləsi»ni imzalayanda bu kriteriyaları və nüansları çox ustalıqla nəzərə almışdır. Xəzər dənizində təbii resurslardan ədalətli şəkildə istifadə olunması, bölgədəki ölkələrin maraqlarının qorunması, kənar təsirlərdən sığortalanmaq prinsipini reallığa çevirirdi. Birgə səy göstərərək, iqtisadi inkişafı təmin etmək, digər sahələrdə əməkdaşlığı daha da genişləndirir və ortaq iqtisadi, siyasi dividentlər qazandırmaq imkanları yaradırdı.
Ümummilli Lider Heydər Əliyev milli maraqlarımızın təməl prinsiplərinə çevriləçək bu yolun uzun olduğunu, lakin xoşbəxt bir sonluğa gətirib çıxaracağını bilərək, strateji məqsədlərə doğru addım-addım irəlilədi. Neft-Qaz sənayesi tarixində inqilabi bir hadisə baş verirdi. Dahi öndər Heydər Əliyevin müəllifi olduğu bu nəhəng layihələr Xəzəryanı ölkələri bir-birinə yaxınlaşdırdı və çoxlarının baş tutmayacağı qənaətində olduğu fikirləri alt-üst elədi. Beləliklədə müstəqilliyimizin möhkəmlənməsi istiqmətində atılan qətiyyətli addımlar böyük səmərə verdi. Həmişə mübahisə predmeti olmuş Xəzəryanı ölkələr arasında hüquqi bazanın olmaması müəyyən ziddiyətlər yaradırdı. Azərbaycan bu baxımdan problemin həllində demək olar ki, lokomativ rolunu oynadı. Hüquqi bazanın yaranması region dövlətləri arasında əməkdaşlığı sürətləndirdi və Xəzəryanı dövlətlərin milli maraqlarını önə çəkdi. 21 yanvar 2021 ci ildə Aşqabad şəhərində «Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq» yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu»nun imzalanması məhz bunun bariz və uğurlu nümunəsidir.
Yuxarıda qeyd etdiyim kimi iqtisadi maraqlarla yanaşı iki ölkəni daha da yaxınlaşdıran addımdır. Bu Memorandum həmdə Cənubi Qafqazda tranzit ölkə kimi Azərbaycanın istənilən layihələrin həyata keçməsində əsas rolunu və önəmini göstərdi. Azərbaycan və Türkmənistanın dövlət başçılarınin bir-birinə Qardaş deyə müracətləri hər iki ölkə arasında dostluğun möhkəmlənməsi baxımından xüsisi əhəmiyyət kəsb edir. İki tükrdilli dövlətlərin qarşılıqlı jestləri əslində dünyaya bir mesajdır ki, tarixi, milli kökləri olan qardaş dövlətlər bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Cənab Prezident İlham Əliyevin «əcdadlarımız bu günkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar» fikirləri də deyilənləri təsdiq edir. 2021-ci ilin ilk ayında imzalanan bu Memorandum il ərzində Azərbaycanın cənab Prezidentin şəxsində perspektiv planlarının daha zəngin olacağının anonsudur desək, yanılmarıq. Bəli, cənab Prezidentin zəngin iş qrafikinə diqqət yetirəndə, milli maraqların üstünlük təşkil etdiyi bu cür görüşlərin, səfərlərin dinamik xarakter aldığını görürük. Ölkə rəhbərinin siyasətində əsas prioritet xalqın xoşbəxtliyidir. Beynəlxalq aləmdə Azərbaycanın yeri və rolu prinsip etıbarı ilə cənab Prezidentin titanik və yorulmaz fəaliyyəti ilə bilavasitə bağlıdır. Ölkəmizin qüdrətinin, nüfuzunun artmasını təcəssüm etdirən gərgin iş fəaliyyəti ilə cənab Prezident iqtidar-xalq birliyinin, inamının möhkəmləndirilməsinə əvəzsiz töhfələr bəxş edir.
Vüsar İsmayılov,
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini,
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini