Binəqədi rayonunda Xocalı soyqırımının 29-cu ildönümnə həsr olunmuş “Can Xocalı” adlı online tədbir keçirildi
25 fevral 2021 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının və “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Can Xocalı” adlı online tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və aparatın əməkdaşları, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Ələkbər Mustafayev, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova, mədəniyyət müəssisələrinin rəhbərləri, orta ümumtəhsil məktəblərinin direktorlar, ictimai birliklərin rəhbərləri və Xocalı sakini, Vətən müharibəsinin könüllü iştirakçısı Kərəm Quliyev iştirak etmişlər.
Tədbir iştirakçıları tərəfindən soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış və Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşmişdir. Daha sonra əlavə etdi ki, 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərdə işğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı. Natiq xüsusilə qeyd etmişdir ki, Ermənistan Respublikası Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən Müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirmişdir. Ermənistan məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən Gəncə, Mingəçəvir və Naftalan şəhərlərində, o cümlədən Bərdə, Tərtər, Goranboy və Xızı rayonlarında mülki şəxsləri və infrastrukturu ballistik raketlər və kaset bombaları ilə hədəfə almışdır. Sözügedən müharibə cinayəti nəticəsində 12-si uşaq, 17-si qadın olmaqla 100 mülki şəxs qətlə yetirilmiş, 423 mülki şəxs isə yaralanmışdır. Minlərlə yaşayış binaları və yüzlərlə xəstəxana, uşaq bağçası, məktəb, ticarət obyektləri, dini və mədəni abidələr daxil olmaqla sosial obyektlər dağıdılmışdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxışında Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açdı. Həmin dövrü tarixi aspektlərdən təhlil edən Ramiz Göyüşov bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirdi.
Daha sonra “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı törədilən soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığını, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyini vurğuladı və bildirdi ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmış və faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinməmişlər.
C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı İftixar Priyev çıxış etməmişdən əvvəl özünün təşəbbüsü ilə hazırlanmış video-çarx tədbir iştirakçıları tərəfindən izləndikdən sonra, çıxışında “Xocalı faciəsi”nin 29-cu ildönümü yaşansa da, hələ də Azərbaycanın bütün vətəndaşlarının o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmadığını, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızı hörmətlə yad etdiklərini bildirdi.
Xocalı sakini, Vətən müharibəsinin könüllü iştirakçısı Kərəm Quliyev Xocalı sakinlərinin qan yaddaşından silinməyən bir faciədən, Xocalı sakinlərinin müsibətli günlərindən bəhs etdi. Kərəm Quliyev özünün də könüllü iştirak etdiyi 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Xocalı şəhidlərimizin qisasının aldığını vurğuladı.
Tədbir, iştirakçıların Xocalı faciəsi haqqında xatirələrini bölüşməklə davam etdirildi.