Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun növbəti tədbiri keçirildi

08 dekabr 2022 | 17:28

08.12.2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirilmə işinin aparılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tərkibində yaradılmış işçi qrupun üzvlərinin iştirakı ilə növbəti görüş keçirildi.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq, 25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyasının əhəmiyyətindən danışdı. Natiq mütamadi olaraq təlimlərin keçirildiyini vurğulayaraq, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Qrup üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “WhatsApp” qrupu tərəfindən məişət zorakılığı ilə bağlı müraciətlərə dair mütəmadi olaraq müzakirələr aparılmış, qrupun fəaliyyətində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması tövsiyə edilmişdir. 

Cari il ərzində məişət zorakılığı ilə əlaqədar 40 müraciət daxil olmuş, onlardan 16 müraciət üzrə qısamüddətli mühafizə orderi verilmiş, qalan müraciətlərlə əlaqədar araşdırmalar zamanı məişət zorakılığı halları aşkar edilmədiyindən müvafiq izahatlar verilmişdir. Bununla yanaşı, məişət zorakılığı törədən şəxslər mütəmadi olaraq nəzarətdə saxlanılır. 

Daha sonra qrup rəhbəri sevinc Süleymanova Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəliklərinə və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrə məişət zorakılığına məruz qalmış şəxslərin dövlət qurumlarına müraciətlərinin əlçatanlılığının təmin olunması məqsədilə tədbirlər görülməsinin nəzarətdə saxlanmasını tövsiyə etdi.

Görüş monitorinq qrupu üzvlərini maraqlandıran məsələlər ətrafında disskusiya formasında davam etdi.

Keçidlər