Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tərkibində yaradılmış işçi qrupun üzvlərinin iştirakı ilə növbəti tədbir keçirildi
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirilmə işinin aparılması ilə əlaqədar olaraq 07 iyun 2023-cü il tarixində Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinin inzibati binasında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tərkibində yaradılmış işçi qrupun üzvlərinin iştirakı ilə tədbir keçirildi
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, 11 saylı Vəkil bürosunun vəkili, “Üfüq Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri Nuriyyə Abbasova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi üzrə nümayəndəliklərinin, hüquq-mühafizə orqanlarının, rayon qeydiyyat şöbəsinin, bələdiyyələrin, rayon Gənclər və İdman İdarəsinin, məktəb və səhiyyə müəssisələrinin məsul əməkdaşlarından ibarət işçi qrupun üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova insan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi və bu sahələrdə görülmüş işlər sayəsində əldə edilən nəticələrdən söhbət açdı.
Digər çıxış edənlər-Nuriyyə Abbasova, Mehriban Zeynalova, Kəmalə Ağazadə tərəfindən işçi qrupun üzvlərinə məişət zorakılığı ilə bağlı müraciətlərə baxılması barədə qanunvericiliyin tələblərinə dair məlumatlar verildi, gender əsaslı və uşaqlara qarşı törədilən zorakılıqla mübarizə sahəsində daha səmərəli fəaliyyətin göstərilməsi məqsədilə mövcud problemlər müzakirə edildi, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıldı və vətəndaşlarla maarifləndirmə işlərinin aparılması, məişət zorakılığına məruz qalmış şəxslər aşkar olunacağı təqdirdə məsul şəxslər tərəfindən məsələnin araşdırılması və aidiyyəti üzrə qanunauyğun tədbirlərin görülməsinin vacibliyi vurğulandı. Tədbir disskusiya formatında davam etdi və işçi qrup üzvlərini maraqlandıran suallar cavablandırıldı.