Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

09 yanvar 2023 | 11:09

05 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S.Məmmədova 207 saylı binanın zirzəmisinin dezinfeksiya olunması, ağacların budanması, köhnə liftlərin dəyişdirilməsi, məktəbin qarşısında tıxacın qarşısının alınması üçün şlaqbaum quraşdırılması, yaşayış binasına qrafiklə verilən suyun daimi verilməsi,  27 saylı şəhər poliklinikasının korpusun yenidən inşa edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər