Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə sakinləri ilə səyyar qəbulu keçirildi

02 fevral 2023 | 18:00

02 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, RİH başçısının müavini Hacıbaba Babayev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra, RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərzisində yerləşən “Murad” marketin yanına milliön aparatının qoyulması, Binəqədi şosesi-204 saylı binanın ərazisində qurumuş ağacın kəsilməsi və binanın fasadının rənglənməsi, Z.Qəmbərov küçəsində kanalizasiya xəttlərinin yuyulması və çökmüş lyukların qaldırılması, İ.Hacıyev küçəsindən 283 saylı məktəbə gedən pilləkənlərin təmiri və bərpası, qəsəbə ərazisində gənclərin idmanla məşğul olması məqsədilə açıq və ya qapalı məkanla təmin olunması, Rəşid Behbudov küçəsi-24 ünvanı ərazisində küçəsinin bir hissəsinin asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər