Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 205 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəşəriyyətin Zəfəri” adlı tədbir keçirildi

21 may 2025 | 15:31

20 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və R.İmanov adına 205 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəşəriyyətin Zəfəri” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Leyla Quliyeva, 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Məmmədova, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdən öncə qonaqlar vətənpərvərlik mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirtdilər.

Tədbiri giriş sözü ilə açan Xoşqədəm Məmmədova tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında ətraflı məlumat verdi.

Daha sonra çıxış edən Leyla Quliyeva bildirdi ki, “bu il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Konstitusiya və Suverenlik İli elan edilmişdir və bu çərçivədə ölkəmizin müstəqilliyi, hüquqi dövlət quruculuğu və suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmış, dövlətçilik ənənələrini qoruyub saxlamış və bu yolda böyük qələbələr qazanmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyini tam təmin etməsi ilə nəticələnmişdir. Bu tarixi qələbə, xalqımızın birlik və iradəsinin, dövlətimizin gücünün və liderimizin uzaqgörən siyasətinin bariz nümunəsidir. Biz birlikdə, güclü və suveren Azərbaycan naminə çalışmalı, ölkəmizin inkişafına töhfə verməliyik. Yaşasın müstəqil və suveren Azərbaycan!”

Məktəbin tarix müəllimi Fəridə Osmanova 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu bildirdi. Eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini vurğuladı.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında rəqslər təqdim edildi, şeirlər səsləndirildi.

Sonda xatirə fotosu şəkildi.

Keçidlər