Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir sıra küçələrə asfalt örtüklərin vurulması və təmir-bərpa işləri həyata keçirildi
05 aprel 2025 | 18:00
Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində 510 kv. metr, 1-ci Baglar küçəsində 270 kv.metr, Qarabağ küçəsində 2100 kv.metr, Nizami Nərimanov 23 a, 77, 85, Azadliq 188, İbrahimpaşa Dadasov 91 a küçələrinin həyətlərində ümumi sahəsi 10000 kv. metr olan asfaltlanma işləri həyata keçirilmişdir.
Yaxın zamanda rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri aparılacaqdır.