Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda metronun "Avtovagzal" stansiyası ətrafında yerləşən parkda abadlıq işləri mütəmadi davam etdirilir

06 avqust 2025 | 16:36

Binəqədi rayonunda metronun “Avtovağzal” stansiyasının ətrafında yerləşən parkın ərazisində Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Xocəsən Bələdiyyəsi tərəfindən mütəmadi iməciliklər təşkil olunmaqla ərazi məişət tullantıları və alaq otlarından təmizlənmiş, MKTB tərəfindən məişət tullantılarının atılması üçün zibil qutuları yerləşdirilmişdir. Ərazidə sakinlərin istirahəti üçün 11 oturacaq yerləşdirilmiş, onlardan vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınmış 3 ədəd oturacaq aidiyyəti bələdiyyə tərəfindən bərpa edilərək yenidən həmin əraziyə yerləşdirilmişdir. Hazırda sözügedən parkın ərazisi sakinlərin istirahəti üçün tam yararlı və səliqəli vəziyyətdədir.

Keçidlər