“Konstitusiya və Suverenlik İli” çərçivsində Binəqədi rayonu Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Suveren dövlətin gələcəyi” adlı tədbir keçirildi
29 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivsində Binəqədi Rayon İcra Hakimiyyəti və Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Suveren dövlətin gələcəyi” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Quliyeva, Vahid Əzizov adına 30 № li tam orta məktəbin direktoru Mehriban Poladova, məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edirdilər.
Tədbir iştirakçıları öncə təhsil, idman, yaradıcılıq, robotatexnika sahəsində uğur qazanmış şagirdlərin nailiyyətləri ilə tanış oldular.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Məktəbin direktoru Mehriban Poladova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi və uşaqları "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova tədbirdə çıxış edərək qeyd etdi ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ümummilli Liderin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ümummilli lider Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən hər zaman genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Tədbirdə məktəb şagirdləri konsert proqramı ilə çıxış etdilər. Şagirdlər dünyanın müxtəlif ölkələrinin milli rəqslərindən ibarət rəqs nömrələri nümayiş etdirərək mədəni müxtəlifliyin və birliyin təzahürünü yaratdılar. Rəngarəng səhnə performansları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Sonda xatirə fotosu çəkildi.