Şriftin ölçüsü :

Saytın rəngi :

Müəssisə və təşkilatlar üçün istehlakçıların hüquqlarının müdafiəsi, ticarət ictimai iaşə, məişət və digər növ xidmət qaydaları, insan sağlamlığı və təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirildi

16 may 2025 | 16:10

16 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müəssisə və təşkilatlar üçün istehlakçıların hüquqlarının müdafiəsi, ticarət ictimai iaşə, məişət və digər növ xidmət qaydaları, insan sağlamlığı və təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İskəndər Cahangirzadə, müstəqil təlimçilər Kamran Əfəndiyev və Yeganə Məmmədova iştirak etdilər.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, “bu gün ölkəmizdə daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.  1995-ci il sentyabrın 19-da Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu.  Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.”

Keçidlər