2017-ci ilin birinci rübü
T İ K İ N T İ
2017-ci ilin yanvar-mart aylarında Binəqədi rayonunda bütün maliyyə mənbələri hesabına 9262,1 min manat əsas fondlar istifadəyə verilmişdir.
2017-ci ilin yanvar-mart aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 16531,6 kv.metr olan 64 yeni yaşayış evi istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 8450,9 kv. metr, onların real bazar dəyəri isə 8679,1 min manat olmuşdur.
2017-ci ilin yanvar-mart aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10432,3 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,9 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 10206,2 min manat (97,8 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 226,1 min manat (2,2 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-mart aylarında 9141,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,0 faiz artmışdır.
2017-ci ilin yanvar-mart aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 31134,5 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 89,1 faiz təşkil etmişdir.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2017-ci ilin yanvar-mart aylarında 5962,6 min manat, sair tikinti işləri 4240,8 min manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 68,1 faiz, və 57,4 faiz təşkil etmişdir.
Əsaslı təmir 12895,2 min manat, cari təmir 8035,9 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz və 34,4 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 21336,7 min manat (68,5 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 9797,8 min manat (31,5 faiz) olmuşdur.
2017-Cİ İLİN YANVAR-MART AYLARINDA ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALAR VƏ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ
|
Əsas kapitala yönəldilmiş
investisiyalar
|
o cümlədən
tikinti-quraşdırma işləri |
||
|
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq
dövrünə nisbətən,
faizlə
|
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
|
Binəqədi rayonu üzrə
|
10432,3
|
140,9
|
9141,3
|
173,0
|
2017-Cİ İLİN YANVAR-MART AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ İNŞAAT İŞLƏRİNİN DƏYƏRİ
|
Cəmi,
min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
|
Binəqədi rayonu üzrə
|
31134,5
|
89,1
|
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi (ümumi yekuna görə, faizlə)
2017-Cİ İLİN YANVAR-FEVRAL AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİNDƏ SİYAHI TƏRKİBİNDƏ OLAN İŞÇİLƏRİN ORTA SAYI VƏ ORTA AYLIQ ƏMƏK HAQQI
|
Siyahı tərkibində olan
işçilərin
orta sayı,
nəfər
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
|
Orta hesabla bir işçiyə
düşən orta aylıq əmək haqqı, manat
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən, faizlə
|
Binəqədi rayonu üzrə
|
3425
|
87,4
|
558,6
|
161,7
|
2017-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 3425 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 493 nəfər və ya 12,6 faiz azalmışdır. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 558,6 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,7 faiz artmışdır.