Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin ikinci rübü

T İ K İ N T İ
 
2017-ci ilin aprel-iyun aylarında Binəqədi rayonunda  bütün  maliyyə  mənbələri  hesabına 8443,5 min  manat  əsas  fondlar  istifadəyə  verilmişdir.
2017-ci ilin aprel-iyun aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 13494,3 kv.metr olan 65 yeni yaşayış evi istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 7501,1 kv. metr, onların real bazar dəyəri isə 7084,5 min manat olmuşdur.
2017-ci  ilin  aprel-iyun aylarında  rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün  maliyyə  mənbələrindən əsas kapitala 22568,5 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,5 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 9667,0 min manat (42,8 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 12901,5 min manat (57,2 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin aprel-iyun aylarında 20851,0 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 60,7 faiz artmışdır.
2017-ci ilin aprel-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 53566,9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artmışdır.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2017-ci ilin aprel-iyun aylarında 11458,0 min manat, və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 64,4 faiz təşkil etmişdir.
Əsaslı təmir 22266,3 min manat, cari təmir 8633,0 min manat, sair tikinti işləri 11209,6 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 82,1 faiz, 14,7 faiz  və 5,9 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 31921,9 min manat (59,6 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 21645,0 min manat (40,4 faiz) olmuşdur.
 
2017-Cİ  İLİN  APREL-İYUN  AYLARINDA ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALAR VƏ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ
 
 
 
Əsas kapitala yönəldilmiş
investisiyalar
o cümlədən
tikinti-quraşdırma  işləri
 
Cəmi,
min
manat
Əvvəlki  ilin müvafiq
dövrünə   nisbətən,
faizlə
Cəmi,
min
manat 
Əvvəlki ilin müvafiq dövrünə   nisbətən,
    faizlə
Binəqədi rayonu üzrə
22568,5
153,5
20851,0
160,7
 
2017-Cİ İLİN APREL-İYUN AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ İNŞAAT İŞLƏRİNİN DƏYƏRİ
 
 
Cəmi,
min manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
Binəqədi rayonu üzrə
53566,9
111,3
 
2017-Cİ İLİN APREL-İYUN AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİNDƏ SİYAHI TƏRKİBİNDƏ OLAN İŞÇİLƏRİN ORTA SAYI VƏ ORTA AYLIQ ƏMƏK HAQQI
 
                                  
 Siyahı  tərkibində olan
işçilərin
orta sayı,
nəfər
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
Orta hesabla  bir işçiyə
düşən orta aylıq əmək haqqı, manat
Əvvəlki ilin  müvafiq  dövrünə
nisbətən, faizlə
Binəqədi rayonu üzrə
3336
96,0
529,5
128,6
 
2017-ci ilin aprel-iyun aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz azalaraq 3336 nəfər olmuş, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,6 faiz artaraq 529,5 manat təşkil etmişdir.
Keçidlər