Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin üçüncü rübü

 
TİKİNTİ
 
2017-ci ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda  bütün  maliyyə  mənbələri  hesabına 25866,4 min  manat  əsas  fondlar  istifadəyə  verilmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 40250,1 kv.metr olan 176 yeni yaşayış evi istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 21444,3 kv. metr, onların real bazar dəyəri isə 20875,7 min manat olmuşdur.
2017-ci  ilin  yanvar-sentyabr aylarında  rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün  maliyyə  mənbələrindən əsas kapitala 44164,4 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,3 faiz təşkil etmişdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 28664,3 min manat (64,9 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 15500,1 min manat (35,1 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-sentyabr aylarında 38840,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,4 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 162543,9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2  faiz artmışdır.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2017-ci ilin yanvar-sentyabr aylarında 33816,0 min manat, sair tikinti işləri 39046,5 min manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 94,6 faiz,  və 92,0 faiz təşkil etmişdir.
Əsaslı təmir 63480,1 min manat, cari təmir 26201,3 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1 faiz və 26,8 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 106499,0 min manat (65,5 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 56044,9 min manat (34,5 faiz) olmuşdur.
 
2017-Cİ  İLİN  YANVAR-SENTYABR  AYLARINDA ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALAR VƏ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ
 
 
Əsas kapitala yönəldilmiş
investisiyalar
o cümlədən
tikinti-quraşdırma  işləri
Cəmi,
min
manat
Əvvəlki ilin müvafiq
dövrünə   nisbətən,
faizlə
Cəmi,
min
manat
Əvvəlki ilin müvafiq dövrünə   nisbətən,
faizlə
Binəqədi rayonu üzrə
44164,4
94,3
38840,7
91,4
 
2017-Cİ İLİN YANVAR-SENTYABR AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ İNŞAAT İŞLƏRİNİN DƏYƏRİ
 
 
Cəmi,
min manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Binəqədi rayonu üzrə
162543,9
109,2
 
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat
işlərinin strukturu
(ümumi yekuna görə, faizlə)
 
 
2017-Cİ  İLİN YANVAR-AVQUST AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİNDƏ İŞLƏYƏN İŞÇİLƏRİN ORTA SİYAHI SAYI VƏ BİR İŞÇİNİN
ORTA AYLIQ  ƏMƏK HAQQI
 
 
İşçilərin orta siyahı sayı
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
İşçilərin orta
aylıq əmək
haqqı
Əvvəlki ilin  müvafiq  dövrünə
nisbətən,
faizlə
Binəqədi rayonu üzrə
3450
99,3
547,5
141,8
 
2017-ci ilin yanvar-avqust aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7faiz azalaraq 3450 nəfər olmuş, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,8 faiz artaraq  547,5 manat təşkil etmişdir.
Keçidlər