Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ana Dili günü ilə bağlı tədbir keçirildi

19 fevral 2016 | 11:00

19 fevral tarixində Beynəlxalq Ana Dili günü  ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və 283 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Ana dilim Varlığım mənim” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, AMEA-nın üzvü, filologiya elmləri doktoru  Mayıl Əsgərov, AMEA-nın üzvü, filologiya elmləri doktoru Gülrux Həsənova, AMEA-nın üzvü, filologiya elmləri doktoru Gülsüm Hüseynova, AMEA-nın əməkdaşı, fəlsəfə doktoru  Elvüsal Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Afət Süleymanova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Tofiq Sadıqov, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Metod Mərkəzin direktoru Vahid Qurbanov, 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüsü Hüseyn Quluzadə və məktəbin kollektivi iştirak etdi.
“Ana dilim Varlığım mənim” adlı tədbirdə 283 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan bədii hissə nümayiş etdirildi.

Keçidlər