Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Azexport.az” portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili məqsədilə tədbir keçirildi

31 yanvar 2017 | 11:00

31 yanvar 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Azexport.az” portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili məqsədilə tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qonaqları salamlayaraq, iclasın gündəliyini elan etdi və giriş nitqi ilə çıxış etdi.
Sonra Portalın rəhbəri Zaur Qardaşov “Azexport.az” portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili mövzusunda çıxış etdi. Qeyd olundu ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir.
Daha sonra portalın fəaliyyəti, portalda qeydiyyatdan keçmək və istifadə qaydaları haqqında geniş məlumat verildi və bu haqda tədbirdə iştirak edən sahibkarlarla müzakirələr aparıldı.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edərək bu missiyanı  həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunduğunu qeyd etdi və sahibkarlara portalın xidmətlərindən istifadə etməyə tövsiyyə etdi.      

Keçidlər