Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 30 saylı məktəbdə Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbir keçirildi

21 fevral 2017 | 11:00

21 fevral tarixində  M.Ə.Rəsulzadə bələdiyyəsi “İctimai-humanitar sektor”un təşkilatçılığı ilə Vahid Əzizov adına 30 saylı məktəbdə Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, 30 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Beynəlxalq Ana Dili Günü - UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova və Vahid Əzizov adına 30 saylı məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Aygün Məmmədxanova çıxışlarında da bildirdilər ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.
Tədbirdə ibtidai sinif şagirdlərinin ifasında Ana dili ilə əlaqədar şeirlər, mahnılar və müxtəlif səhnəciklər nümayiş olundu.

Keçidlər