Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər Nazirliyinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi

21 fevral 2017 | 11:00

21 fevral tarixində Vergilər Nazirliyinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.     
Görüşdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf partnyorluq Departamentinin Məlumatlandırma və təbliğat şöbəsinin rəhbəri Bəxtiyar Abdurəhmanov, Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktorunun müavini Tahir Salmanov, Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktoru Ağami Tahirov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial -iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev iştirak etdilər.
Tədbirdə 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında sahibkarlara geniş məlumat verildi və sahibkarları maraqlandıran suallar cavablandırıldı.
 

Keçidlər