Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirildi

13 mart 2017 | 11:00

13 mart tarixində Binəqədi rayonu, 246 nömrəli məktəb-liseydə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı və təşəbbüsü ilə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, məktəbin direktoru Almaz Bayramova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov bildirdi ki, artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. 
Diskussiya şəkilində davam edən tədbirdə məktəbin direktoru Almaz Bayramova yeniyetmələrin zərərli vərdişlərdən - narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin əhəmiyyətindən danışdı və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdı.
Sonra tədbir diskussiya şəkilində davam etdirildi.

Keçidlər