Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Nağıllar aləminə səyahət” tamaşası nümayiş etdirildi

13 mart 2017 | 11:00

13 mart 2017-ci il  tarixində Binəqədi rayonu 283 saylı tam orta məktəbində 3 ”a” sinifinin şagirdlərinin hazırladıqları “Nağıllar aləminə səyahət” tamaşası nümayiş etdirildi.
Müəllim, valideyn və şagirdlərin dəvət olunduğu bu nağıl-tamaşa böyük maraqla qarşılandı. Səhnədə ilk görünən nağıllar aləminin qəhrəmanı sehirbaz hamını salamladı və nağılllar aləminə səyahətə dəvət etdi. Şagirdlər “Cırtdanın nağılı”, Cik-cik xanımın nağılı”, “Tıq-tıq xanımın nağılı”, “Balıq və balıqçı nağılı”(rus dilində), “Turpun nağılı”(ingilis dilində), “Aslan və fare” (türk dilində), “Qarğa, sağsağan və yarasa” təmsilindəki personajları məharətlə canlandırdılar.  
Nümayiş edilən səhnəciklər hər kəsdə xoş təəssürat yaratdı.       

 

Keçidlər