Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi.

20 aprel 2017 | 11:00

20 aprel 2017-ci il tarixdə  Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin hesabat-seçki konfransı  keçirilib.
Konfransda YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 8 saylı Binəqədi I Dairə Seçki Komissiyasının sədri Natiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov və Rəhilə Babayeva, o cümlədən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin üzvləri iştirak etmişdirlər.                          
  Konfransa YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov sədrlik etmişdir. Ramiz Göyüşov çıxışı zamanı qeyd edib ki, Həmkarlar ittifaqları qanun yaratmaq işində, dövlət orqanlarının və icra hakimiyyətinin fəaliyyətində iştirak edir, kütləvi baxışlar, müsabiqələr keçirir, vətəndaş cəmiyyətinin fəal iştirakçısı olur. Təbii ki, dövrün tələblərinə uyğun olaraq həmkarlar ittifaqlarının birliyinə və genişləndirilməsinə, əmək münasibətlərinin tənzimlənməsində onların məsuliyyətinin artırılmasına, sosial tərəfdaşlığın inkişafına, təşkilati-maliyyə işinin təkmilləşdirilməsinə, həmkarlar ittifaqı kadrlarının məsuliyyətinin yüksəldilməsinə, ehtiyat kadrların hazırlanmasına, çalışan qadınlarla və gənclərlə işə, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına yönəlmiş bir sıra işlər görülür.
Konfransda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin 2012-2016-cı illər ərzindəki fəaliyyəti haqqında hesabat  məruzəsi, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirəyə çıxarılıb.
Konfransda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin sədri Tahirə Fərzəliyeva hesabat məruzəsini təqdim edib. Təşkilatda 570 üzvün birləşdiyini deyən Tahirə Fərzəliyeva beş il ərzində Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin Təftiş Komissiyasının sədri Təranə Səfərova Təftiş Komissiyanın hesabatını təqdim edib.
Sonra hər iki hesabat müzakirə olunub. 8 saylı Binəqədi I Dairə Seçki Komissiyasının sədri Natiq Əliyev, Respublika Əlillərin Bərpa Mərkəzinin əməkdaşı Şəfa Tağıyeva, Binəqədi Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin nümayəndəsi Lətifə Bağırova çıxış edərək Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin beş illik fəaliyyəti ilə bağlı fikirlərini bildirib və bu fəaliyyəti qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.
Müzakirələrdən sonra konfrans iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Tahirə Fərzəliyeva yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin sədri seçilib. Təranə Səfərova isə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsinin Təftiş Komissiyasının sədri seçilib. Sonra Respublika Komitəsinin VI qurultayına iştirak edəcək  nümayəndələr seçilib. 
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov bütün iştirakçıları Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyi münasibətilə təbrik edib.

Keçidlər