Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi

21 aprel 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 saylı 19.01.2017-ci il tarixli sərəncamına əsasən 2017-ci tədris ilində fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi, rəhbər və komandir-rəis heyətinin, mülki müdafiə dəstələrinin mülki müdafiəyə hazırlanması və əhaliyə mülki müdafiənin öyrədilməsi ilə bağlı mülki müdafiə işinin təşkilinin keyfiyyətinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin operativ surətdə aradan qaldırılması qərara alınmışdır .
2017-ci tədris ilində Rayon İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanları, idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas diqqət əhalinin və işçilərin еhtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədi ilə profilaktik tədbirlərin həyata kеçirilməsinə, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına və baş vеrə biləcək fövqəladə hadisələrin nəticələrinin opеrativ olaraq aradan qaldırılması üçün хilasеtmə və digər təхirəsalınmaz işlərin yеrinə  yеtirilməsinin təşkilinə yönəldilmişdir.
Tədris ilində əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Bu məqsədlə 1 mart tarixində “Ümumdünya Mülki müdafiə günü” ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində maarifləndirmə tədbirləri keçirildi. Tədbir zamanı mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaqlar və mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanış məşqi, məktəblərdə açıq dərslər keçirilmiş, mülki müdafiə əmlaklarının sərgiləri təşkil olunmuş, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirildi.
Bu məqsədlə 2017-ci tədris ilində Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəhbərliyi ilə rayonun ərazi mülki müdafiə dəstələri ilə 21 aprel 2017-ci tarixində xəbərdarlıq toplanış məşqi keçirildi.

 

Keçidlər