Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təmizlik və abadlıq aksiyaları, iməcilik keçirildi

22 aprel 2017 | 11:00

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində rayonumuzun qəsəbə və mikrorayonlarında Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir.
22 aprel tarixdə Binəqədi rayonunda ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, iməcilik keçirildi.
İməcilik zamanı ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görüldü.  Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmir edilərək rəngləndi. Binaların qarşısında bardürlər yenidən bərpa olundu. Ağacların qurumuş budaqları budanaraq, dibləri belləndi.

Keçidlər