Şriftin ölçüsü :

Saytın rəngi :

158 saylı körpələr evi-uşaq bağçasında “Nağıllar aləminə səyahət” adlı tədbir keçirildi

01 may 2017 | 11:00

01 may 2017-ci il tarixində Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladıqları “Nağıllar aləminə səyahət” adlı tədbir keçirildi. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, YAP Binəqədi rayon Təşkilatının gənc fəalı, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova nağılların xalq poetik yaradıcılığının   ən qədim, populyar nümunələri kimi böyük tərbiyəvi əhəmiyyəti barədə danışdılar. Vurğulandı ki, nağıllar bütün zamanlarda yaranan ədəbiyyat və incəsənət əsərlərinin mayası, qaynağı, bir çox hallarda isə özülü olub.
Sonra bağçanın müəllimləri və uşaqlarının ifasında “Nağıllar aləminə səyahət” nağıl-tamaşası nümayiş olundu. Səhnədə nağıllar aləminin qəhrəmanı ilahə hamını salamladı və nağıllar aləminə səyahətə dəvət etdi. Balacalar “Cırtdanın nağılı”, “Cik-cik xanımın nağılı”, “Tıq-tıq xanımın nağılı”,  “Yatmış gözəl”, “Fatmacıq”, “Şəngülüm” və s. nağıllardakı personajları məharətlə canlandırdılar. 
Nümayiş edilən səhnəciklər hər kəsdə xoş təəssürat yaratdı.

Keçidlər