Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Mərkəzi Kitabxanasında Əhməd Cavadın 125 illik yubileyi münasibətilə tədbir keçirildi

05 may 2017 | 11:00

Mayın 5-də Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair Əhməd Cavadın 125 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Rəna Biləndərli, professor, filologiya elmləri doktoru Alxan Bayramoğlu, fəlsəfə elmləri doktoru, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva, Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin müdiri Sevda Mövsümova, baş kitabxanaçısı Aygün Əliyeva, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova, İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva iştirak etdilər.
İlk öncə fəlsəfə elmləri doktoru, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva çıxış edərək Əhməd Cavad poeziyasından söhbət açdı. Professor, filologiya elmləri doktoru Alxan Bayramoğlu çıxış edərək Əhməd Cavadın gəncliyi, I Dünya müharibəsi və Türk cəbhəsində iştirakından, keşməkeşli həyatından maraqlı faktlar açıqladı.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri Cəmilə Rzayeva və İlahə Məcidova Əhməd Cavadın “Dan ulduzu”, “Mən tapmışam”, “Türk Əsgəri” şeirlərini səsləndirdilər.
Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin İnformasiya resurs şöbəsi tərəfindən “Şükriyyə”, “Çırpınırdın Qara dəniz” mahnıları və “Susmaram” şeiri səsləndirildi.
“Əhməd Cavad-125” adlı sərgidə Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin fonduna daxil olan kitablar nümayiş olundu.

Keçidlər