Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının final mərhələsi keçirildi

12 iyun 2017 | 11:00

Azərbaycan Respublikası Təhsil Nazirilyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Fab Boya və Kimya Sənayesi MMC” nin birgə təşkil etdiyi “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının Final mərhələsinə həsr edilmiş konsert proqramı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Rəssamlar İttifaqın Katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, FAB Boya və Kimya Sənayesi MMC-nin təsisçisi Anar Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri,  rayonun hüquq-mühafizə və icra strukturları, təhsil, məktəbəqədər təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər  iştirak etdilər.
İlk öncə bayram tədbiri Bakı Humanitar Kollecin rəqs qrupunun ifasında “Azərbaycan Suitası” ilə başladı.
Daha sonra tanınmış aparıcı Saleh Bağırov tədbiri açıq elan edərək tədbir haqqında geniş məlumat verdi.
Sonra I respublika rəng festivalı ilə bağlı video çarx nümayiş edildi.
Video çarxın nümayişindən sonra “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının qaliblərinin mükafatlandırılması mərasimi elan olunaraq qaliblər mükafatlandırıldılar.
Mükafatlandırma mərasimində çıxış edənlər Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Rəssamlar İttifaqın katibi, xalq rəssamı Ağaəli İbrahimov,  FAB Boya və Kimya Sənayesi MMC- nin təsisçisi Anar Əliyev qalibləri təbrik edərək uğurlar dilədilər.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında qeyd etdi ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.  Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. O cümlədən, natiqlər çıxışlarında bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə davam etdi.
Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Elnarə Xəlilova, əməkdar artistlər Ədalət Şükürov, Səlim Abbasov, Lalə Məmmədova, müğənni Ramal İsrafilovun ifasında mahnılar səsləndi, Binəqədi rayonu Müslüm Maqomayev adına 26 saylı onbirillik Uşaq Musiqi Məktəbinin "Fantaziya" skripkaçılar qrupu tərəfindən “Odlar Yurdu”, “Azərbaycan” mahnıları ifa edildi,  Binəqədi rayonu 179 saylı orta məktəbin 2-ci sinif şagirdi Aysun Əsgərova  “Bayraqsızlar” şeiri səsləndirdi.
Daha sonra Bakı Humanitar Kollecin rəqs qrupu ifasında “Yallı” rəqsi nümayiş edildi.
Tədbirin yekununda Azərbaycanın xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” və “Azərbaycanım” mahnıları səsləndi, səhnədə Qum üzərində rəsm nümayiş edildi və tədbirə atəşfəşanlıq ilə yekun vuruldu.

Keçidlər