Şriftin ölçüsü :

Saytın rəngi :

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə gənclərlə görüş kecirldi.

12 avqust 2017 | 11:00

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 11 avqust 2017-ci il tarixində rayonun gənclərindən olan Orxan və Gülnarla görüş keçirilmişdir.Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin "İctimai humanitar" sektorunun müdiri Pərvanə Gözəlova və fəal gənclər iştirak etmişlər.
Görüş zamanı gənclərlə söhbət aparılmış, ölkəmizdə, eləcə də Binəqədi rayonunda gənclər siyasəti sahəsində görülən işlər barəsində məlumat verilmişdir. Gənclər göstərilən diqqətə görə öz məmnunluqlarını bildirmiş və təşəkkür etmişlər.

Keçidlər