Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” səhiyyə müəssisələri ilə toplantı keçirildi

13 oktyabr 2017 | 11:00
13 oktyabr tarixində Binəqədi rayonunda səhiyyə müəssisələri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” toplantı keçirildi.  
Keçirilən toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Leyla Kərimova, Seymur  Hacıyev, səhiyyə müəssisələrinin rəhbərləri  və həmin müəssisələrin facebook səhifələrini idarə edən adminlər iştirak etdilər.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verdi.
Natiq qeyd etdi ki, qloballaşan dünyada mediada təzahür edən yeniliklərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. Dünyanın aparıcı informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində onların linkini yerləşdirir. Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir. İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin də bu işdə aktiv olması olduqca vacib məsələlərdən biridir.
Toplantının sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova tərəfindən facebook səhifələrini idarə edən adminlər üçün maarifləndirici təlim keçirildi. Təlim zamanı “sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir?, “Səhifədə aktivlik necə olmalı”?, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalı”, Səhifənin hesabatlığı  və operativlik”  haqqında geniş məlumat verildi.
 
 
 
 
 
 
 
 
Keçidlər