Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon komandası mini-futbol üzrə Bakı şəhər turnirində birinci yeri tutdu

25 oktyabr 2017 | 11:00
18 oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci il təvəllüdlü uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirində Binəqədi rayonunu təmsil edən 244 №-li tam orta məktəbin komandası birinci yeri tutdu.
25 oktyabr 2017-ci il tarixində Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında baş tutan final oyununda ikinci yeri Nərimanov rayon komandası, üçüncü yeri Sabunçu rayon komandası tutdular.
Qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olundu.
 
Keçidlər