Şriftin ölçüsü :

Saytın rəngi :

M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş bayram tədbiri keçirildi

26 oktyabr 2017 | 11:00
Oktyabrın 26-da M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş bayram tədbiri təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, təlimatçı Şəbnəm Məmmədova və musiqi məktəbinin direktoru Gülşən Quliyeva, həmçinin məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan aparıcı Qəmər Bəylərova Yeni Azərbaycan Partiyasının yaranmasının qısa tarixçəsi haqqında məlumat verdi.
Daha sonra məktəbin istedadlı şagirdləri Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, və Müslüm Maqomayevin əsərlərini səsləndirdilər.
Sonda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda mövcud olan siyasi təşkilatlar içərisində istər keyfiyyətcə, istərsə də kəmiyyətcə önə çıxmış partiya, aparıcı siyasi qüvvədir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaradılmış partiya bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyətini davam etdirir. Yeni Azərbaycan Partiyasının bir parçası olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəaliyyətinə toxunan natiq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı da öz növbəsində partiyanın ideologiyasına sadiq qalaraq vətənə, xalqa xidmət etməklə fəaliyyətini uğurla həyata keçirir. Ulu öndərin azərbaycançılıq ideyalarından bəhs edən Sevinc Abdullayeva şagirdlərə öz tövsiyələrini çatdırdı, onlara bu ideyalara, dövlətimizə  və dövlətçilik ənənələrinə sadiq qalmağı, əsl vətəndaş kimi hər zaman xalqımıza  vicdanla xidmət etməyə borclu olduqlarıını vurğuladı və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək onlara uğurlar arzu etdi.
 
Keçidlər