Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin və 21 saylı uşaq poliklinikasının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirildi

16 noyabr 2017 | 11:00
Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və 21 saylı uşaq poliklinikasının təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Aksiya zamanı ümumilikdə 200-dən çox ağac və gül əkildi.
 
 
 
 
 
 
 
Keçidlər