Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Azərbaycanın geosiyasi identikliyi” adlı məlumat saatı keçirildi.

14 dekabr 2017 | 11:00

14 dekabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanın geosiyasi identikliyi” mövzusunda “Məlumat saatı” keçirildi. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, BRİH başçısı Aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri iştirak etmişdir. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva giriş sözü ilə açaraq qonaqları təqdim etdi. Sonra məruzə ilə çıxış etmək üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru fəlsəfə elmləri doktoru Fərhad Məmmədova verildi. Fərhad Məmmədov təqdimat zamanı iştirakçılara Azərbarbaycan Respublikasının yerləşdiyi geosiyasi mövqeyindən, dünyada və regionda dövlətlərarası münasibətlərlərdə Azərbaycanın rolundan danışdı. Fərhad Məmmədov nitqi zamanı Azərbaycanda geosiyasi identikliyin  özünəməxsusluğundan və  bu  identikliyin dəyişməz olduğundan söz açdı. Daha sonra Müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin son 25 il ərzində keçdiyi mürəkkəb yolu, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə etdiyi nailiyyətləri, siyasi kursu, prinsip və vəzifələri, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi, ölkəmizin üzləşdiyi problemlər haqda məlumat verdi.  Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafiyada yerləşdiyini qeyd edən F.Məmmədov diqqətə çatdırdı ki, bütün təsirlərə baxmayaraq Azərbaycan öz identikliyini qoruyub-saxlaya bilib. Bütün bunlar isə heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici və daxili siyasət strategiyası və bu siyasəti çox uğurla davam etdirən, dünyaya yeni xarici siyasət strategiyası təqdim edən Prezident İlham Əliyevin gərgin fəaliyyəti sayəsində mümkün olub.Çıxışdan sonra məlumat saatı iştirakçılarının ünvanladığı müxtəlif suallar ətrafında müzakirələr davam etdirildi.

 

Keçidlər