Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Humanitar Kollecində Dunya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı qeyd olundu

28 dekabr 2017 | 11:00

“Yeni ildə yeni zirvələrə doğru!”  devizi altında Bakı Humanitar Kollecində 28 dekabr tarixində təntənəli tədbir keçirilmişdir. Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil olunmuşdur. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, kollecin rəhbər, müəllim heyəti, tələbələr və valideynlər iştirak etmişlər.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.Öncə Bakı Humanitar Kollecinin Tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov tədbiri açaraq qonaqları və iştirakçıları salamladıqdan sonra ötən tədris ilində kollecin təhsil  sahəsində qazanılan uğurları sadalamış və 2018-ci il üçün perspektivləri haqqında danışmışdır.Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq siyasətinin həyata keçirilməsində mühüm uğurlar əldə edildiyini bildirmişdir.Çıxışlardan sonra Azərbaycan Respublikasının Xalq  artisti Mübariz Tağıyev, Əməkdar artist Əkbər Ələkbərovun ifaları, kollecin xor, rəqs kollektivinin bir-birindən maraqlı musiqi nömrələri təqdim olunmuş, müəllim və tələbələrin bədii nömrələri göstərilmişdir. Rəngarəng çıxışlar publika tərəfindən rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bir qrup müəllim və  fəal tələbələr Binəqədi rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Keçidlər